Muaviyə Hz.Əli (ə.s)-ın lənətlənməsini əmr edir! (İbn Teymiyyənin qeydi)

 
وأما حديث سعد لما أمره معاوية بالسب فأبى ، فقال : ما منعك أن تسب علي بن أبي طالب ؟ فقال : ثلاث قالهن رسول الله - صلى الله عليه وسلم - فلن أسبه ، لأن يكون لي واحدة منهن أحب إلي من حمر النعم . . . الحديث . فهذا حديث  صحيح رواه مسلم في صحيحه وفيه ثلاث فضائل لعلي

Sadın hədisinə gəldikdə isə, hansı ki, Muaviyə ona Əlini təhqir etməyi əmr etdikdə, o, qəbul etməmişdi, bu zaman Muaviyə dedi:  “Sənə Əli b. Əbi Talibi söyməyə nə mane olur?" Sad cavab verdi: "Rəsulullah (s.ə.v) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı... Bu hədis səhihdir və Müslim onu "əs-Səhih" kitabında rəvayət edib. Orada Əli barədə üç fəzilət var.

İbn Teymiyyə, Minhacus-sunnə ən-nəbəviyyə, c.5, s.42; Məktəbə İbn Teymiyyə, Qahirə, 1406/1986

Diqqət! Əziz oxucu, siz bu hədisin "Səhih Müslim" kitabında olan orijinal versiyası ilə BURADAN tanış ola bilərsiniz. Orada Muaviyənin nə əmr etdiyi qeyd edilməmişdir və bu səbəbdən bəzi haqq inkarçıları bundan istifadə edərək Muaviyənin məhz Əlini lənətləməyi, təhqir etməyi əmr etməsini inkar etməyə çalışırlar. Ancaq öz sevimli şeyxləri bunu açıqca etiraf edir. 

Onlayn mənbə 1: islamport, 5/16
Onlayn mənbə 2: islamweb, 5/42
Onlayn mənbə 3: islamicbook.ws
Onlayn mənbə 4: wikisource
Onlayn mənbə 5: kfu.edu.sa













Fotoşəkil: İbn Teymiyyə, Minhacus-sunnə ən-nəbəviyyə, c.5, s.42; Cəmiət əl-İmam Muhəmməd b. Saud əl-İslamiyyə, 1406/1986; təhqiq: Muhəmməd Rəşad Səlim

Kitabı yükləmək üçün: ÜNVAN
10 May, 2012  21:52 Baxılıb: 2859 Çap

Bu bölmədə