İbn Abbas: "İnsanlar Əliyə nifrətlərinə görə sünnəni tərk ediblər" (əl-Albani və əs-Səffarini)

 
 أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ الْأَوْدِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ صَالِحٍ ، عَنْ مَيْسَرَةَ بْنِ حَبِيبٍ ، عَنْ الْمِنْهَالِ بْنِ عَمْرٍو ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ عَبَّاسٍ بِعَرَفَاتٍ ، فَقَالَ : " مَا لِي لَا أَسْمَعُ النَّاسَ يُلَبُّونَ ؟ قُلْتُ : يَخَافُونَ مِنْ مُعَاوِيَةَ ، فَخَرَجَ ابْنُ عَبَّاسٍ مِنْ فُسْطَاطِهِ ، فَقَالَ :   لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ ، فَإِنَّهُمْ قَدْ تَرَكُوا السُّنَّةَ مِنْ بُغْضِ عَلِيٍّ 

Əhməd b. Osman b. Həkim əl-Əvdi bizə rəvayət etdi və dedi: Xalid b. Məxləd bizə rəvayət etdi və dedi: Əli b. Salih bizə Məysərə b. Həbibdən, o da Minhal b. Əmrdən, o da Səid b. Cubeyrdən onun belə dediyini rəvayət etdi: Mən Ərəfətdə İbn Abbasla bir yerdə idim. O (İbn Abbas) dedi: "Niyə insanların təlbiyə1 deməklərini eşitmirəm?" Mən dedim: "Muaviyədən qorxduqları üçün." İbn Abbas çadırından çıxaraq dedi: "Ləbbeyk Allahummə Ləbbeyk, Ləbbeykə Allahummə Ləbbeyk, bu insanlar Əliyə nifrət etdiklərinə görə sünnəni tərk ediblər!"

Şueyb ən-Nəsai, Sünən, h.3006 Məktəbətul-Mətbuatul-İslamiyyə, Hələb, 1414/1994
Nasiruddin əl-Albani, Səhih Sünən ən-Nəsai, c.2, s.343, h.3006; Məktəbətul-Maarif, ər-Riyad, 1419/1998

1 Təlbiyə - lüğətdə "əmrə əmadə olmaq" mənasındadır. Həcc termini olaraq "Ləbbeyk Allahummə Ləbbeyk" sözləri ilə başlayan duaları oxumaqdan ibarətdir.

Onlayn mənbə 1: hadith.al-islam.com
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: islamport.com
Onlayn mənbə 4: islamweb.net

Şeyx Nasiruddin əl-Albani "Səhih Sünən ən-Nəsai" kitabında demişdir: "sənədi səhihdir".













Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih Sünən ən-Nəsai, c.2, s.343, h.3006; Məktəbətul-Maarif, ər-Riyad, 1419/1998

Kitabı yükləmək üçün: ÜNVAN
______________________________________

Muhəmməd b. Əhməd əs-Səffarini "Kəşful-lisam" kitabında deyib: ən-Nəsai rəvayət etmişdir, sənədi ceyyiddir. 













Fotoşəkil: Muhəmməd b. Əhməd əs-Səfarini, Kəşful-lisam şərh umdətul-əhkam, c.4, s.142; Vizaratul-Əvqaf vəl-Şuun əl-İslamiyyə, Kuveyt, 1427/2007; təhqiq: Nurəddun Talib

Kitabı yükləmək üçün: ÜNVAN
8 May, 2012  23:42 Baxılıb: 2310 Çap

Bu bölmədə