"Mənzilət" hədisi

 
يا علي إنما أنت مني بمنزلة هارون من موسى إلا أنه لا نبي بعدي

Ya Əli, sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur. 

Şeyx Səduq, əl-Əmali, 32-ci məclis, s.173, №7 

Onlayn mənbə 1: basrahcity.net
Onlayn mənbə 2: iraq.iraq.ir

Hədisin səhihlik dərəcəsi:

Seyyid Cəfər Murtəza əl-Amili bu hədisi səhih hesab edərək özünün "Səhih min sirə İmam Əli (ə.s)" kitabında (c.6, s.7-8) zikr etmişdir. 

Onlayn mənbə 1: mezan.net
Onlayn mənbə 2: aqaed.com

Hədisin sənədinin analizi:

حدثنا محمد بن الحسن بن أحمد بن الوليد ره قال حدثنا محمد بن الحسن الصفار عن العباس بن معروف عن علي بن مهزيار عن فضالة بن أيوب عن أبان بن عثمان عن محمد بن مسلم عن أبي جعفر الباقر ع قال

Muhəmməd b. əl-Həsən b. Əhməd b. əl-Vəlid (İbn əl-Vəlid kimi tanınır) - siqə (etibarlı) ravidir.

1. ən-Nəcaşi, Rical, s.383, ravi №1042
2. ət-Tusi, Fihrist, s.442, ravi №709
3. ət-Tusi, Rical, s.439, ravi №6273
4. əl-Hilli, əl-Xulasə, s.147,  ravi №43
5. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.15, s.252, ravi №10513

Muhəmməd b. əl-Həsən əs-Səffar - siqə (etibarlı) ravidir.

1. ən-Nəcaşi, Rical, s.354, ravi №948
2. əl-Hilli, əl-Xulasə, s.157, ravi №112
3. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.15, s.248, ravi №10505

əl-Abbas b. Maruf - siqə (etibarlı) ravidir.

1. ən-Nəcaşi, Rical, s.281, ravi №743
2. ət-Tusi, Rical, s.361, ravi №5348
3. əl-Hilli, əl-Xulasə, s.118,  ravi №4
4. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.9, s.239, ravi №6200

Əli b. Məhziyyar əl-Əhvazi - siqə (etibarlı) ravidir.

1. ən-Nəcaşi, Rical, s.254, ravi №664
2. əl-Hilli, əl-Xulasə, s.93, ravi №6
3. ət-Tusi, Rical, s.388, ravi №5708 və s.360, ravi №5336
4. ət-Tusi, Fihrist, s.266, ravi №379
5. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.12, s.193, ravi №8539

Fəzallah b. Əyyub əl-Əzdi - siqə (etibarlı) ravidir.

1. ən-Nəcaşi, Rical, s.311,  ravi №750
2. əl-Hilli, əl-Xulasə, s.133, ravi №1
3. ət-Tusi, Rical, s.342,  ravi №5092
4. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.13, s.271, ravi №9328

Əban b. Osman əl-Əhmari əl-Bəcli - siqə (etibarlı) ravidir.

1. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.1, s.157, ravi №37

Muhəmməd b. Müslim b. Riyyah əs-Səqəfi - siqə (etibarlı) ravidir.

1. ən-Nəcaşi, Rical, s. 324, ravi №882
2. əl-Hilli, əl-Xulasə, s. 150, ravi №50
3. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.17, s.247, ravi №11779

Əbu Cəfər əl-Baqir (ə.s) - 5-ci imamızıdır.

Göründüyü kimi, hədisin raviləri də etibarlı, düz danışan şəxslərdir və beləliklə hədis səhihdir.
12 Fevral, 2012  22:42 Baxılıb: 2132 Çap

Bu bölmədə

12 Fevral, 2012
"Mənzilət" hədisi