"İmam Huseyndən başqa bütün ölülər üçün dözümsüzlük və ağlamaq məkruhdur" hədisi səhihdirmi?

Böyük şiə alimlərindən biri olan Ayətulllahül-üzma Şeyx Mirzə Cavad Təbriziyə sual verilir:

ما رأيكم في رواية معاوية بن وهب عن الصادق (عليه السلام) كل الجزع والبكاء مكروه سوى الجزع والبكاء على الحسين (عليه السلام) ، سنداً ودلالة؟


Müaviyə ibn Vəhəbin İmam Sadiqdən (ə) nəql etdiyi "İmam Huseyndən başqa bütün ölülər üçün cəzə (dözümsüzlük) və ağlamaq məkruhdur." hədisi barədə rəyiniz nədir?

بسمه تعالى; هي تامة دلالةً وصحيحة سنداً، واللّه العالم.


Cavab: Allahın adı ilə. Hədis dəlalət baxımından tam, sənəd baxımından isə səhihdir.

 

 

 

 

 

 

Mirzə Cavad Təbrizi, “Ənvarul-ilahiyyə fil-məsailul-aqaidiyyə”, s.202

QEYD:

Cəzə: Səbrin əksidir. Kədəri və müsibət ağrısını izhar etməyə deyilir.

“Kitabul-ayn” (1/217) və “Lisanul-arab” (8/47) kitablarında deyilir:

والجَزَعُ: نقيض الصبر

“Cəzə: səbrin əksidir”.

“Aqrabul-mavarid” (1/120) kitabında deyilir:

لم يصبر فأظهر الحزن

“Cəzə etdi: yəni, səbr etməyib kədər izhar etdi”.

“Muncidul-luğa” (s.89) kitabında deyilir:

لم يصبر عليه، فاظهر الحزن أو الكدر

“Cəzə etdi: yəni, səbr etmədi, hüzn və kədər izhar etdi.”

Hüzn izhar etmək bəzən yüksək səslə ağlamaqla müşayiət oluna bilər. Belə halətə (النوح) - “nauh” deyilir. Bəzən hüzn izhar etmək çığıra-çığıra (ah-nalə edə-edə) ağlamaqla müşayiət oluna bilər. Belə vəziyyətə isə (العويل) - “avil” deyilir. Bəzən ağlama ölən şəxsin yaxşı xüsusiyyətlərini sadalamaqla müşayiət oluna bilər. Bu növ ağlamağa da (الندب) - “nədəb” deyilir. Bəzən hüzn izhar etmək “vay bu başıma gələn müsibətə”, “vay bu müsibətə” və s. kimi vay-şivən mənalı sözləri işlətməklə müşayiət oluna bilər. Bəzən də hüzn izhar etmək əli alına, üzə və ya buda vurmaq, yaxud köynəyi və ya paltarı cırmaq, yaxud saçı dartmaq və ya yolmaq, yaxud da yeməkdən imtina etmək və s. bu kimi əməli işlərlə müşayiət oluna bilər.

17 Oktyabr, 2016  01:07 Baxılıb: 793 Çap