Hürr əl-Amili: "Təvəssül barədə şiə və sünni yolu ilə nəql olunan hədislər olduqca çoxdur.

Böyük şiə alimlərindən biri olan Şeyx Hürr əl-Amili özünün "Vəsailuş-şiə" kitabında "Duada Muhəmməd və Ali-Muhəmmədə təvəssül etməyin müstəhəbliyi babı" altında 13 ədəd hədis qeyd etmişdir. Bunlardan son 4-nü və ardınca Hürr əl-Amilinin sözlərini diqqətinizə çatdırmaq istəyirik:

[8849] : 9 ـ وعن سماعة قال : قال لي أبو الحسن ( عليه السلام ) : إذا كان لك يا سماعة عند الله حاجة فقل : اللهم إني أسألك بحق محمد وعلي فان لهما عندك شأنا من الشأن وقدرا من القدر ، فبحق ذلك الشأن وبحق ذلك القدر ، أن تصلي على محمد وآل محمد وأن تفعل بي كذا وكذا .

[8850] : 10 ـ الحسن بن علي العسكري ( عليه السلام ) في ( تفسيره ) عن آبائه ، عن النبي ( صلى الله عليه وآله ) قال : إن الله سبحانه يقول : عبادي ، من كانت له إليكم حاجة فسألكم بمن تحبون أجبتم دعاءه ، ألا فاعلموا أن أحب عبادي اليّ وأكرمهم لديّ محمد وعلي حبيبي ووليي ، فمن كانت له حاجة اليّ فليتوسل إليّ بهما ، فإني لا أرد سؤال سائل يسألني بهما وبالطيبين من عترتهما ، فمن سألني بهم فاني لا أرد دعاءه ، وكيف أرد دعاء من سألني بحبيبي وصفوتي ووليي وحجتي وروحي ونوري وآيتي وبابي ورحمتي ووجهي ونعمتي ؟ ألا وإني خلقتهم من نور عظمتي ، وجعلتهم أهل كرامتي وولايتي ، فمن سألني بهم عارفا بحقهم ومقامهم أوجبت له منّي الاجابة ، وكان ذلك حقا عليّ .

[8851] : 11 ـ أحمد بن علي بن أبي طالب الطبرسي في ( الاحتجاج ) باسناده عن العسكري ، عن آبائه ، عن رسول الله ( صلى الله عليه وآله ) ـ في حديث - قال : إن الله عز وجل قال لآدم ( عليه السلام ) : أنت عصيتني بأكل الشجرة فعظّمني بالتواضع لمحمد وآل محمد تفلح كل الفلاح ، وزالت (1) عنك وصمة الزلة ، فادعني بمحمد وآله الطيبين لذلك ، فدعاه بهم فأفلح كل الفلاح .

[8852] : 12 ـ الحسن بن محمد الطوسي في ( المجالس ) عن أبيه ، عن المفيد ، عن محمد بن عمر الجعابي ، عن أحمد بن محمد بن سعيد ، ( عن أحمد بن محمد بن يحيى ) (1) ، عن الحسين بن سفيان ، عن أبيه ، عن محمد بن المشمعل ، عن أبي حمزة الثمالي ، عن أبي جعفر ( عليه السلام ) قال : من دعا الله بنا أفلح ، ومن دعاه بغيرنا هلك واستهلك .

أقول : والأحاديث في ذلك كثيرة جدا من طريق العامة والخاصة او في الأدعية المأثورة دلالة على ذلك لأنها مشحونة بالتوسل بهم ( عليهم السلام ) .

[8849] 9 – Səmaədən belə nəql olunur: Əbül-Həsən (əleyhissəlam) mənə dedi: “Ey Səmaə, əgər Allahdan bir istəyin olsa, belə de: İlahi, mən Muhəmmədə və Əliyə xatir Səndən istəyirəm. Həqiqətən də onların Sənin yanında uca məqamları, yüksək qədr-qiymətləri var. O (uca) məqamın və o (yüksək) qədr-qiymətin xatirinə Səndən istəyirəm ki, Muhəmməd və Ali-Muhəmmədə salavat (rəhmət və bərəkət) göndərəsən və mənim filan-filan istəklərimi həyata keçirəsən”

[8850] 10 – Həsən əl-Əskəri (əleyhissəlam) öz təfsirində ata-babalarından (əleyhimussəlam), onlar da Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) belə nəql edirlər:

“Allah-taala deyir: Ey bəndələrim, əgər bir şəxsin sizdən bir istəyi olsa və sizin sevdiyiniz bir adamı sizə vasitəçi qərar versə, siz o şəxsin istəyinə cavab verərsiniz. Elə isə bilin! Bəndələrim arasında Mənə ən sevimli və ən dəyərli olan şəxslər həbibim Muhəmməd və vəlim Əlidir. Kimin Məndən bir istəyi olsa, bu iki şəxsə təvəssül edərək istəyini Məndən istəsin. Mən onları və onların nəslindən olan pak şəxsləri vasitəçi qərar verərək Məndən dilək istəyən şəxsin istəyini geri çevirmərəm. Kim onları (məsumları) vasitə qərar verərək Məndən bir şey istəsə, onun duasını geri çevirmərəm. Mənim həbibimi, seçkin şəxsimi, vəlimi, höccətimi, rəhmətimi, nurumu, nişanəmi, qapımı, üzümü və nemətimi vasitə qərar verərək Məndən dilək istəyən bir şəxsin duasını necə geri çevirə bilərəm?! Bilin! Mən onları (məsumları) öz əzəmətimin nurundan yaradıb onları öz kəramət və vilayətimin əhli etdim. Kim onların haqqını və məqamını tanıyaraq Məndən bir şey istəsə, onun istəyini yerinə yetirərəm və bunu etmək mənim üzərimə bir haqq olar”.

[8851] 11 – Əhməd ibn Əli ibn Əbu Talib ət-Təbərsi özünün “əl-İhticac” kitabında İmam Həsən əl-Əskəri (əleyhissəlam)-dan, o həzrət də ata-babaları vasitəsilə Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) belə nəql edir:

“Allah (əzzə və cəll) Adəm (əleyhissəlam)-a dedi: “Sən ağacdan yeməklə Mənə qarşı itaətsizlik etdin, elə isə Muhəmməd və Ali-Muhəmməd qarşısında təvazökarlıq etməklə Məni əzəmətli bil ki, tamamilə nicat tapasan və etdiyin xətanın ləkəsi səndən getsin. Bu işə görə Muhəmməd və Muhəmmədin pak ailəsini vasitəçi edərək Məni çağır.” Adəm onları vasitəçi verərək Allahı çağırdı və nəticədə nicat tapdı.”

[8852] 12 – Həsən ibn Muhəmməd ət-Tusi “əl-Məcalis” kitabında öz atasından, o, Müfiddən, o, Muhəmməd ibn Ömər əl-Cuabidən, o, Əhməd ibn Muhəmməd ibn Səiddən, o, Əhməd ibn Muhəmməd ibn Yəhyadan, o, Hüseyn ibn Süfyandan, o, atasından, o, Muhəmməd ibn əl-Müşməildən, o, Əbu Həmzə əs-Sumalidən, o da Əbu Cəfər (əleyhissəlam)-dan belə nəql edir:

“Kim bizi vasitəçi edib Allahı çağırsa, nicat tapar. Kim bizdən başqasını vasitəçi edib Allahı çağırsa, həlak olub həlak edər”.

Sonra Şeyx Hürr əl-Amuli (Allah rəhmət etsin) (səh.103) deyir:

“Deyirəm: Bu barədə (Əhli-Beytə təvəssül etməyin bəyənilən iş olması barədə) şiə və sünni yolu ilə nəql olunan hədislər olduqca çoxdur. Məsumlardan gəlib çatan dualarda da buna dəlil vardır. Çünki, bu dualar Peyğəmbər və Əhli-Beytinə (Allahın salamı olsun hamısına) təvəssül ilə zəngindir”.

 

 

 

 

 

 

 

Fotoşəkil: Hürr əl-Amili, Vəsailuş-şiə, c.7, s.102-103; Məüssisətu Alul-beyt, 1414

 

19 Dekabr, 2015  18:24 Baxılıb: 1345 Çap