Qaimin İmam Hüseynin (ə) 9-cu övladı olması barədə İmam Əlinin (ə.s) xəbər verməsi

Şeyx Səduq "Uyunu əxbar ər-Rza (ə)" kitabında Səqəleyn hədisini nəql edərkən, İmamların (ə) adlarını Həzrət Əlinin (ə) dilindən belə nəql edir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ عَنْ أَبِيهِ عَنْ مُحَمَّدِ بْنِ أَبِي عُمَيْرٍ عَنْ غِيَاثِ‏ بْنِ إِبْرَاهِيمَ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ مُحَمَّدِ بْنِ عَلِيٍّ عَنْ أَبِيهِ عَلِيِّ بْنِ الْحُسَيْنِ عَنْ أَبِيهِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ عليهم السلام قَالَ‏: سُئِلَ أَمِيرُ الْمُؤْمِنِينَ عليه السلام عَنْ مَعْنَى قَوْلِ رَسُولِ اللَّهِ صلى الله عليه وآله إِنِّي مُخَلِّفٌ فِيكُمُ‏ الثَّقَلَيْنِ‏ كِتَابَ اللَّهِ وَعِتْرَتِي مَنِ الْعِتْرَةُ؟ فَقَالَ: أَنَا وَالْحَسَنُ وَالْحُسَيْنُ وَالْأَئِمَّةُ التِّسْعَةُ مِنْ وُلْدِ الْحُسَيْنِ تَاسِعُهُمْ مَهْدِيُّهُمْ وَقَائِمُهُمْ لَا يُفَارِقُونَ كِتَابَ اللَّهِ وَلَا يُفَارِقُهُمْ حَتَّى يَرِدُوا عَلَى رَسُولِ اللَّهِ صلى الله عليه وآله حَوْضَه‏.

Əhməd ibn Ziyad ibn Cəfər Həmədani bizə hədis söylədi və dedi: Əli ibn İbrahim ibn Haşim atasından, o da Məhəmməd ibn Əbu Umeyrdən, o da Ğiyas ibn İbrahimdən, o da İmam Sadiqdən (ə), o da İmam Məhəmməd Baqirdən (ə), o da atası İmam Səccaddan (ə), o da atasın İmam Hüseynin (ə) belə buyurduğunu nəql edir: Əmir əl-möminindən (ə) Peyğəmbərin (s) buyurduğu “Aranızda iki ağır əmanət qoyub gedirəm, biri Allahın kitabı, digəri isə itrətim” hədisində “itrətin” kimlər olduğu haqqında soruşdular. Həzrət (ə) buyurdu: Mən, Həsən (ə), Hüseyn (ə) və onun nəslindən olan doqquz imam. Doqquzuncuları onların Mehdiləri və Qaimləridir (İmam Zamandır (ə.f)). Peyğəmbərin (s) hovuzuna yetişənədək nə Quran onlardan, nə də onlar Qurandan ayrılmazlar.

 

 

 

 

 

 

 

Fotoşəkil: Şeyx Səduq, Uyunu əxbar ər-Rza (ə), c.1, s.60; İntişarat Şərif ər-Rza, Qum

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Əhməd ibn Ziyad ibn Cəfər Həmədani

O, Şeyx Səduqun ustadlarından olmuşdur və Şeyx də onu böyük ehtiramla yad etmişdir:

وكان رجلا ثقة دينا فاضلا رحمة الله عليه ورضوانه.

O, siqə, dindar, fəzilətli şəxlərdən idi. Allahın rəhmət və razılığı onun üzərinə olsun!

Kəmal əd-din və təmam ən-nemə, s. 369

Şeyx Səduqun fikrindən sonra əslində digərlərinin fikirlərinə ehtiyac qalmır. Hər ehtimala qarşı, Nəcaşinin də fikrini qeyd edirik.

Nəcaşi onun barəsində deyir:

القمي، ثقة في الحديث، ثبت، معتمد، صحيح المذهب.

Əli ibn İbrahim Qumi hədis nəql etməkdə siqə, dəqiq, etimadlı və düzgün məzhəbə malik şəxsdir.

Rical ən-Nəcaşi, s. 260; Mucəm rical əl-hədis, c. 12, s. 212, rəqəm, 7830

2. İbrahim ibn Haşim

Seyyid İbn Tavus sənədində İbrahim ibn Haşimin adı olduğu bir hədis barədə demişdir:

ورواة الحديث ثقات بالاتفاق.

Hədisin bütün raviləri ittifaqla siqədirlər.

Fəlah əs-sail, s. 158; Mucəm rical əl-hədis, c. 1, s. 291, rəqəm 332

Buna əsasən, İbrahim ibn Haşim siqədir. Bu cümlə açıq-aşkar sübut edir ki, onun etimadlı olmasında bütün şiə alimləri icma etmişlər.

3. Məhəmməd ibn Əbu Umeyr

O, şiənin ən yaxşı ravilərindən və “əshabul-icma”dandır. “Əshabul-icma”-nın nə olduğunu qısa şəkildə belə izah edə bilərik ki, bu şəxslərin nəql etdiyi hədislərdə hədisin bu şəxslərə qədər olan hissəsinə baxılır, onlardan sonrasına isə baxılmır. Çünki bu şəxslərin yalnızca siqə (güvənilir) şəxslərdən hədis nəql etmələri söylənilir. Başqa sözlə, onlardan gəlib çatan mürsəl, mərfu və munqəti hədislər digər səhih hədislər kimi qəbul edilir (təbii ki, sənədin onlara qədər olan hissəsi səhihdirsə).

Nəcaşi onun barəsində deyir:

جليل القدر، عظيم المنزلة فينا وعند المخالفين...

Bizim və müxaliflərin yanında çox dəyərli və uca məqamlı şəxsiyyətlərdəndir...

Rical ən-Nəcaşi, s. 326

Şeyx Tusi onun barəsində deyir:

وكان من أوثق الناس عند الخاصة والعامة، وأنسكهم نسكا، وأورعهم وأعبدهم.

O, sünni və şiələrin yanında ən etimadlı, zahid, təqvalı və abid şəxslərdən olmuşdur.

Əl-Fehrest, s. 218; Mucəm rical əl-hədis, c. 15, s. 291-292, rəqəm, 10043

4. Ğiyas ibn İbrahim Təmimi Əsədi

Nəcaşi onun barəsində yazır:

ثقة. روى عن أبي عبد الله وأبي الحسن عليهما السلام.

O, etimadlı (siqə) şəxsdir, Əbi Əbdillah [İmam Sadiq] və Əbul-Hüseyn [İmam Kazimdən] (əleyhimus-səlam)-dan rəvayət nəql etmişdir.

Rical ən-Nəcaşi, s. 305; Mucəm rical əl-hədis, c. 14, s. 250, rəqəm, 9299

NƏTİCƏ

Rəvayətin sənədindəki bütün ravilər etimadlıdır və sənəd səhihdir.

 

15 Fevral, 2015  02:23 Baxılıb: 1926 Çap

Bu bölmədə