İmamların (ə) tək-tək adlarının çəkilməsi İmam Musa əl-Kazimin(ə) dilindən

Şeyx əl-Kuleyni “əl-Kafi” kitabında bir rəvayət nəql edib. Rəvayətdə İmam əl-Kazim (əleyhis-səlam) şiələrə tövsiyə edir ki, öz şükr səcdələrində 12 İmamı (əleyhimus-səlam) yad edən zikri oxusunlar:

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ جُنْدَبٍ قَالَ: سَأَلْتُ أَبَا الْحَسَنِ الْمَاضِيَ عليه السلام عَمَّا أَقُولُ فِي سَجْدَةِ الشُّكْرِ فَقَدِ اخْتَلَفَ أَصْحَابُنَا فِيهِ:

فَقَالَ: قُلْ وأَنْتَ سَاجِدٌ:

اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وأُشْهِدُ مَلَائِكَتَكَ وأَنْبِيَاءَكَ ورُسُلَكَ وجَمِيعَ خَلْقِكَ أَنَّكَ اللَّهُ رَبِّي والْإِسْلَامَ دِينِي ومُحَمَّداً نَبِيِّي‏ وعَلِيّاً وفُلَاناً وفُلَاناً إِلَى آخِرِهِمْ أَئِمَّتِي بِهِمْ أَتَوَلَّى ومِنْ عَدُوِّهِمْ أَتَبَرَّأُ

اللَّهُمَّ إِنِّي أَنْشُدُكَ دَمَ الْمَظْلُومِ ثَلَاثاً

اللَّهُمَّ إِنِّي أَنْشُدُكَ بِإِيوَائِكَ عَلَى نَفْسِكَ‏ لِأَوْلِيَائِكَ لِتُظْفِرَنَّهُمْ بِعَدُوِّكَ وعَدُوِّهِمْ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وعَلَى الْمُسْتَحْفَظِينَ مِنْ آلِ مُحَمَّدٍ...

Əli ibn İbrahim atasından, o da Abdullah ibn Cündəbin belə dediyini nəql edir: İmam Kazimdən (əleyhis-səlam) şükr səcdəsində hansı zikri demək barəsində soruşdum, belə ki, bizim şiələrimiz bu barədə ixtlaf ediblər. Həzrət (əleyhis-səlam) buyurdu: Səcdə halında belə de:

İlahi, mən Səni, mələklərini, peyğəmbərləri, rəsulları şahid tututam ki, Sən Allah mənim rəbbim, İslam dinim, Məhəmməd peyğəmbərim, Əli, …, (bir-bir İmamların adını çəkir sonuncu imamadək) mənim imamlarımdır. Mən onları sevirəm və onların düşmənləri ilə düşmənəm.

İlahi, səni qanı üç dəfə tökülən məzluma and verirəm! İlahi, Səni Sənin and içdiyinə and verirəm ki, Öz düşmənlərini bizim və möminlərin əli ilə həlak edəcəyinə vədə verimisən!

İlahi, Səni Sənin and içdiyinə and verirəm ki, dostlarını Sənin və onların düşmənlərinə qalib edəcəyinə vədə vermisən! Səni Sənin and içdiyinə and verirəm ki, Məhəmməd və onun Əhli beytinə xeyir-dua göndərəsən! (3 dəfə)

Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, Bab əs-sucud və ət-təsbih və əd-dua fihi fi əl-fəraiz və ən-nəvafil və ma yuqal beyn əs-səcdəteyn, c. 3, s. 325, h.17; Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.

Onlayn mənbə 1: al-shia.org

 

 

 

 

 

 

 

ALİMLƏRİN HƏDİS BARƏDƏ SÖZLƏRİ:

Əllamə Muhəmməd əl-Baqir əl-Məclisi demişdir:

الحديث السابع عشر: حسن.

17-ci hədis: həsəndir.

 

 

 

 

 

 

 

Şeyx Səduq da həmin sənədlə bu rəvayəti nəql etmiş və orda İmamların (əleyhimus-səlam) tək-tək adlarını çəkmişdir. Şeyx bu rəvayətdə açıq-aşkar bildirmişdir ki, Həzrət Mehdi (əccələllahu-fərəcəh) İmam Həsən Əskərinin (əleyhis-səlam) oğludur:

رَوَى عَبْدُ اللَّهِ بْنُ جُنْدَبٍ‏ عَنْ مُوسَى بْنِ جَعْفَرٍ عليهما السلام أَنَّهُ قَالَ‏ تَقُولُ‏ فِي سَجْدَةِ الشُّكْرِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وأُشْهِدُ مَلَائِكَتَكَ وأَنْبِيَاءَكَ ورُسُلَكَ وجَمِيعَ خَلْقِكَ أَنَّكَ‏ أَنْتَ اللَّهُ رَبِّي والْإِسْلَامَ دِينِي ومُحَمَّداً نَبِيِّي‏ وعَلِيّاً والْحَسَنَ والْحُسَيْنَ- وعَلِيَّ بْنَ الْحُسَيْنِ ومُحَمَّدَ بْنَ عَلِيٍّ وجَعْفَرَ بْنَ مُحَمَّدٍ ومُوسَى بْنَ جَعْفَرٍ وعَلِيَّ بْنَ مُوسَى ومُحَمَّدَ بْنَ عَلِيٍّ- وعَلِيَّ بْنَ مُحَمَّدٍ والْحَسَنَ بْنَ عَلِيٍّ والْحُجَّةَ بْنَ الْحَسَنِ بْنِ عَلِيٍ‏ عليهم السلام أَئِمَّتِي بِهِمْ أَتَوَلَّى ومِنْ أَعْدَائِهِمْ أَتَبَرَّأُ.

اللَّهُمَّ إِنِّي أَنْشُدُكَ دَمَ الْمَظْلُومِ ثَلَاثاً...

Abdullah ibn Cundəb İmam Kazimin (ə) belə buyurduğunu rəvayət edir: Səcdə halında belə de:

İlahi, mən Səni, mələklərini, peyğəmbərləri, rəsulları şahid tututam ki, Sən Allah mənim rəbbim, İslam dinim, Məhəmməd peyğəmbərim, Əli, Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Hüccət ibn Həsən ibn Əli (əleyhimus-səlam) mənim imamlarımdır. Mən onları sevirəm və onların düşmənləri ilə düşmənəm.

İlahi, səni qanı üç dəfə tökülən məzluma and verirəm!...

Şeyx Səduq, Mən la yəhzuruh əl-fəqih, c. 1, s. 329, Nəşr edən: Camieye mudərrisine hovzeye elmiyyeye Qom; Əli Əkbər Qəffarinin təhqiqi ilə

 

 

 

 

 

 

 

ALİMLƏRİN HƏDİS BARƏDƏ SÖZLƏRİ:

Muhəmməd Təqi əl-Məclisi bu hədisin في‌ ‌الحسن‌ كالصحيح‌ - «Həsən kal-Səhih» (yəni, səhih kimi həsən) dərəcəsində olduğunu bildirmişdir.

 

 

 

 

 

 

 

Fotoşəkil: Məhəmməd Təqi əl-Məclisi, Rəvzə əl-muttəqin fi şərh Mən la yəhzuruh əl-fəqih (qədim çap), c. 2, s. 382; Nəşr edən: Muəssiseye fərhəngiye İslamiye Muhəmməd Huseyn Kuşanbur, Qum, 1406 h. q.; Hüseyn Musəvi Kermani və Əli Pənah İştihardinin təhqiqi ilə

Muhəmməd Cavad Təbrizi də hədisin səhih olduğunu bildirib.

 

 

 

 

 

 

 

Fotoşəkil: Ayətullah əl-Üzma Muhəmməd Cavad ət-Təbrizi, Risalə fi ən-nusus əla əl-əimmə əl-isna aşər, səhifə 16

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI

1. Əli ibn İbrahim ibn Haşim

Nəcaşi onun barəsində deyir:

علي بن إبراهيم أبو الحسن القمي ثقة في الحديث ثبت معتمد صحيح المذهب

Əli ibn İbrahim Əbül-Həsən əl-Qummi hədis nəql etməkdə siqə, sabitqədəm, etimadlı və düzgün məzhəbə malik şəxsdir.

Rical ən-Nəcaşi, s. 260, ravi №680 (onlayn link)
Seyid əl-Xoi, Mucəm rical əl-hədis, c. 12, s. 212, ravi №7830 (onlayn link)

2. İbrahim ibn Haşim

Seyyid ibn Tavus onun adı çəkildiyi bir rəvayətin sənədi haqqında deyir:

ورواة الحديث ثقات بالاتفاق.

Yekdil rəyə görə, bu hədisin bütün raviləri siqə (güvənilən) şəxslərdir.

Fəlah əs-sail, s. 158 (onlayn link)
Seyid əl-Xoi, Mucəm rical əl-hədis, c. 1, s. 291, ravi №332 (onlayn link)

Bu cümlə açıq-aşkar isbat edir ki, bütün şiələr onun siqə olmasında icma etmişlər.

3. Abdullah ibn Cundəb

Şeyx Tusi onun kufəli və siqə olduğunu deyir.

Rical ət-Tusi, s.340, ravi №5059 (onlayn link)
Seyid əl-Xoi, Mucəm rical əl-hədis, c. 11, s. 159, ravi №6779 (onlayn link)

Beləliklə, alimlərin hədis barədə fikirlərinin doğru olduğu isbat edilmiş oldu.

19 Dekabr, 2014  17:05 Baxılıb: 2031 Çap

Bu bölmədə