İmamların (ə) tək-tək adlarının çəkilməsi İmam Cəfər əs-Sadiqin(ə) dilindən

Mərhum Xəzzaz əl-Qummi “Kifayət əl-əsər” kitabında İmam Cəfər əs-Sadiqdən (əleyhis-səlam) səhih sənədlə bir rəvayət nəql edir. O Həzrət (ə) bu rəvayətdə şiənin əqidə prinsiplərini, o cümlədən imamət prinsipini izah edir və açıq-aşkar bildirir ki, İmam Mehdi (əccəllahu fərəcəh) İmam Həsən Əskərinin (əleyhis-səlam) oğludur:

حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ قَالَ حَدَّثَنَا هَارُونُ بْنُ مُوسَى قَالَ مُحَمَّدُ بْنُ الْحَسَنِ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ الصَّفَّارُ عَنْ يَعْقُوبَ بْنِ يَزِيدَ عَنْ مُحَمَّدِ بْنِ أَبِي عُمَيْرٍ عَنْ هِشَامٍ قَالَ:

كُنْتُ عِنْدَ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عليهما السلام: إِذْ دَخَلَ عَلَيْهِ مُعَاوِيَةُ بْنُ وَهْبٍ وعَبْدُ الْمَلِكِ بْنُ أَعْيَنَ...

ثُمَّ قَالَ عليه السلام: إِنَّ أَفْضَلَ الْفَرَائِضِ وأَوْجَبَهَا عَلَى الْإِنْسَانِ مَعْرِفَةُ الرَّبِّ والْإِقْرَارُ لَهُ بِالْعُبُودِيَّةِ وحَدُّ الْمَعْرِفَةِ أَنَّهُ لَا إِلَهَ غَيْرُهُ ولَا شَبِيهَ لَهُ ولَا نَظِيرَ لَهُ وأَنَّهُ يَعْرِفُ أَنَّهُ قَدِيمٌ مُثْبَتٌ بِوُجُودٍ غَيْرُ فَقِيدٍ مَوْصُوفٌ مِنْ غَيْرِ شَبِيهٍ ولَا مُبْطِلٍ‏ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وهُوَ السَّمِيعُ الْبَصِيرُ.

وَ بَعْدَهُ مَعْرِفَةُ الرَّسُولِ والشَّهَادَةُ لَهُ بِالنُّبُوَّةِ وأَدْنَى مَعْرِفَةِ الرَّسُولِ الْإِقْرَارُ بِهِ بِنُبُوَّتِهِ وأَنَّ مَا أَتَى بِهِ مِنْ كِتَابٍ أَوْ أَمْرٍ أَوْ نَهْيٍ‏ فَذَلِكَ عَنِ اللَّهِ عَزَّ وجَلَّ

وَ بَعْدَهُ مَعْرِفَةُ الْإِمَامِ الَّذِي بِهِ يَأْتَمُّ بِنَعْتِهِ وصِفَتِهِ واسْمِهِ فِي حَالِ الْعُسْرِ والْيُسْرِ وأَدْنَى مَعْرِفَةِ الْإِمَامِ أَنَّهُ عِدْلُ النَّبِيِّ إِلَّا دَرَجَةَ النُّبُوَّةِ ووَارِثُهُ وأَنَّ طَاعَتَهُ طَاعَةُ اللَّهِ وطَاعَةُ رَسُولِ اللَّهِ والتَّسْلِيمُ لَهُ فِي كُلِّ أَمْرٍ والرَّدُّ إِلَيْهِ والْأَخْذُ بِقَوْلِهِ.

وَ يَعْلَمُ أَنَّ الْإِمَامَ بَعْدَ رَسُولِ اللَّهِ صلى الله عليه وآله عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ثُمَّ الْحَسَنُ ثُمَّ الْحُسَيْنُ ثُمَّ عَلِيُّ بْنُ الْحُسَيْنِ ثُمَّ مُحَمَّدُ بْنُ عَلِيٍّ ثُمَّ أَنَا ثُمَّ مِنْ بَعْدِي مُوسَى ابْنِي ثُمَّ مِنْ بَعْدِهِ وَلَدُهُ عَلِيٌّ وبَعْدَ عَلِيٍّ مُحَمَّدٌ ابْنُهُ وبَعْدَ مُحَمَّدٍ عَلِيٌّ ابْنُهُ وبَعْدَ عَلِيٍّ الْحَسَنُ ابْنُهُ والْحُجَّةُ ...

Hüseyn ibn Əli bizə hədis söylədi və dedi: Harun ibn Musa bizə hədis söylədi və dedi: Məhəmməd ibn əl-Həsən bizə hədis söylədi və dedi: Məhəmməd ibn əl-Həsən əs-Səffar bizə Yəqub ibn Yeziddən, o da Məhəmməd ibn Əbu Umeyrdən, o da Hişamdan hədis söylədi və dedi:

Mən Cəfər ibn Məhəməd əs-Sadiqin (əleyhis-səlam) yanında idim. Bu zaman Müaviyə ibn Vəhəb və Əbdül-Məlik ibn Əyən daxil oldular... Sonra İmam (əleyhis-səlam) buyurdu: Vaciblərin ən fəzilətlisi və insana ən vacib olanı Allahı tanımaq və Allah qarşısında bəndəlik iqrar etməkdir. Allahı tanımağın ən aşağı həddi budur ki, (insan bilə ki) Ondan başqa ilah yoxdur, Onun oxşarı və bənzəri yoxdur. İnsan bilməlidir ki, Allah qədimdir, sabitdir, aradan getməz varlıqdır. O, (nəyəsə) bənzədilmə ilə və (Onun barəsində düşünülməsi) batil olan bir şey ilə vəsf olumaz. “Onun kimisi yoxdur, O, eşidən və görəndir.”

Bundan sonra (vacibatın ən üstünü) Peyğəmbəri tanımaq və onun peyğəmbərliyinə şəhadət verməkdir. Peyğəmbəri tanımağın ən aşağı həddi isə budur ki, (insan) onun peyğəmbərliyini təsdiq etsin, onun gətirdiyi kitab, əmr və ya qadağanın Allah tərəfindən olduğunu iqrar etsin.

Bundan sonra isə İmamı tanımaqdır. Hansı ki, çətinlik və asanlıqda ona – xüsusiyyəti, sifəti və adı ilə birgə – iqtida edilir (Çətinlik və asanlıqda xüsusiyyəti, sifəti və adı bəlli olan İmama iqtida və itət edilir – müt.). İmamı (ə) tanımağın ən aşağı həddi budur ki, (insan) İmamın peyğəmbərlikdən başqa digər bütün işlərdə Peyğəmbərin misli olduğunu və onun varisi olduğunu bilə.  Və bilə ki, ona itaət etmək Allaha və Peyğəmbərə (s) itaət etməkdir. İnsan onun hər əmrinə təslim olmalı, bilmədikərini ondan soruşmalı və onun sözünə qulaq asmalıdır (onun sözünü əxz etməlidir).

Yenə də insan bilməlidir ki, Allah Rəsulundan (səllallahu əleyhi və alihi) sonra imam Əli ibn Əbu Talib, ondan sonra Həsən, ondan sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra Məhəmməd ibn Əli, sonra mən, sonra oğlum Musa, sonra onun oğlu Əli, sonra oğlu Məhəmməd ibn Əli, sonra oğlu Əli ibn Məhəmməd, sonra isə onun oğlu Həsən ibn Əli, ondan sonra isə onun oğlu Həzrət Hüccətdir (ə.f)…

Əbul-Qasim Əli ibn Muhəmməd əl-Xəzzaz əl-Qummi, Kifayət əl-əsər fi ən-nas əla əl-əimmə əl-isna aşər, s. 260-264, Seyyid Əbdül-Lətif əl-Hüseyni əl-Kuhkəməri əl-Xoi, Nəşr edən: İntişarat, Qum, 1400 h.q.

Onlayn mənbə 1: http://shialib.com/

Onlayn mənbə 2: http://ar.lib.eshia.ir/

Onlayn mənbə 3: http://www.alhawzaonline.com/

Bu rəvayət bir neçə mətləbi isbat edir:

1. Allahı və Peyğəmbəri (s) tanıdıqdan sonra itaəti Allah və Peyğəmbərlə (səllallahu əleyhi və alihi) yanaşı çəkilən İmamları (əleyhimus-səlam) tanımaq vacibdir.

2. Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sonra olan imamlar Əli ibn Əbu Talib (əleyhis-səlam), Həsən ibn Əli (əleyhis-səlam), Hüseyn ibn Əli (əleyhis-səlam) və onun doqquz övladıdır.

3. İmamlar (əleyhimus-səlam) Peyğəmbərlə (səllallahu əleyhi və alihi) nübüvvətdən başqa eyni vəzifələri daşıyırlar.

4. İmama itaət Allah və Peyğəmbərə (səllallahu əleyhi və alihi) itaət etməkdir.

5. Sonuncu İmam (əccəlallahu fərəcəh) İmam Həsən Əskərinin (əleyhis-səlam) oğludur.

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Hüseyn ibn Əli ibn Hüseyn ibn Musa

Nəcaşi və Şeyx Tusi onun siqə və etimadlı olmasını deyiblər.

Rical ən-Nəcaşi, səhifə 68, ravi №163 (onlayn link); Rical ət-Tusi, səhifə 423, ravi №6093 (onlayn link)

Seyid əl-Xoi, Mucəm rical əl-hədis, cild 7, səhifə 47, ravi №3531 (onlayn link)

2. Harun ibn Musa ibn Əhməd

Nəcaşi onun barəsində deyir:

هارون بن موسى بن أحمد بن سعيد أبو محمد التلعكبري، من بني شيبان: كان وجها في أصحابنا ثقة، معتمدا لا يطعن عليه...

Əbu Məhəmməd Tələkbəri: Bəni Şeyban tayfasındandır.  Əshabımız (şiələr) arasında hörmətli şəxslərdən olmuşdur. Siqə (güvənilən) və etimad edilən şəxs olmuşdur. Barəsində heç bir irad və nöqsan ola bilməz.

Rical ən-Nəcaşi, səhifə 439, ravi №1184 (onlayn link)

Şeyx Tusi onun barəsində deyir:

جليل القدر، عظيم المنزلة، واسع الرواية، عديم النظر، ثقة. روى جميع الأصول والمصنفات.

O, ali dəyərli, uca məqamlı, çoxlu rəvayət nəql edən və bənzəri olmayan siqə (güvənilən) şəxsdir. Bütün “əsl”ləri və “müsənnəfat”ları nəql etmişdir. (Əsl və müsənnəfat qədim hədis kitablarının bölgüsüdür - müt)

Rical ət-Tusi, səhifə 449, ravi №6386 (onlayn link)

Seyyid əl-Xoi, Mucəm rical əl-hədis, cild 20, səhifə 258, ravi №13273 (onlayn link)

3. Məhəmməd ibn Həsən ibn Vəlid

Nəcaşi onun barəsində deyir:

شيخ القميين وفقيههم، ومتقدمهم ووجههم ثقة ثقة، عين...

O, Qum əhlinin şeyxi, fəqihi, irəlidə gedəni və görkəmli simalarından olmuşdur. Çox güvənilir (siqə) və böyük şəxsiyyətdir.

Rical ən-Nəcaşi, səhifə 383, ravi №1042 (onlayn link)

Şeyx Tusi deyir:

جليل القدر، عارف بالرجال، موثوق به... جليل القدر، بصير بالفقه، ثقة.

O, uca məqamlı, raviləri tanıyan (onlara yaxşı bələd olan), etimad edilmiş şəxsdir... Ali məqamlı, fiqhdə bəsirət sahibi olan siqə şəxsdir.

Əl-Fehrest, səhifə 237, ravi №124(709) (onlayn link)

Seyid əl-Xoi, Mucəm rical əl-hədis, cild 16, səhifə 220, ravi №10490 (onlayn link)

4. Məhəmməd ibn Həsən ibn Fərrux Səffar

Nəcaşi deyir:

كان وجها في أصحابنا القميين، ثقة، عظيم القدر، راجحا، قليل السقط في الرواية.

O, Qumlu əshabımız arasında görkəmli və tanınmış şəxs olmuşdur. Siqədir, çox dəyərli, uca məqamlı, tərcih edilən (yaxud: rəvayətləri diqqətlə seçən) şəxsdir. Rəvayət nəqlində nadir halda saqit rəvayət nəql edər.

Rical ən-Nəcaşi, s. 354, ravi №948 (onlayn link)

Seyid əl-Xoi, Mucəm rical əl-hədis, cild 16, səhifə 263; rəqəm, 10532 (onlayn link)

5. Yəqub ibn Yezid

Nəcaşi deyir:

وكان ثقة صدوقا...

O, siqə və çox doğru danışan idi.

Rical ən-Nəcaşi, səhifə 450, ravi №1215 (onlayn link)

Şeyx Tusi deyir:

كثير الرواية، ثقة.

O, çoxlu rəvayətlər nəql etmişdir və siqədir.

Əl-Fehrest, səhifə 264, ravi №807 (onlayn link)

Seyid əl-Xoi, Mucəm rical əl-hədis, cild 21, səhifə 156, ravi №13778 (onlayn link)

6. Məhəmməd ibn Əbu Umeyr

O, şiənin ən yaxşı ravilərindən və əshabul-icmadan hesab olunur. Yəni, səhih sənədlə ona yetişən hər rəvayəti şiələr rəy birliyi ilə qəbul edirlər.

Nəcaşi onun barəsində deyir:

جليل القدر، عظيم المنزلة فينا وعند المخالفين...

O, həm bizim, həm də müxaliflərin yanında çox dəyərli və uca məqamlı alimlərdəndir…

Rical ən-Nəcaşi, s. 326, ravi №887 (onlayn link)

Şeyx Tusi deyir:

وكان من أوثق الناس عند الخاصة والعامة، وأنسكهم نسكا، وأورعهم وأعبدهم.

O, şiə və müxaliflərin yanında ən etimadlı, etbarlı, zahid, təqvalı, abid və siqə şəxslərdəndir.

Əl-Fehrest, s. 218, ravi №617; (onlayn link)

Seyid əl-Xoi, Mucəm rical əl-hədis, c. 15, s. 291-292, ravi №10043 (onlayn link)

7. Hişam ibn Salim

Nəcaşi onun barəsində deyir:

ثقة ثقة.

O, siqədir, siqədir (yəni çox etimadlıdır).

Rical ən-Nəcaşi, səhifə 434, ravi №1165, (onlayn link)

Seyid əl-Xoi, Mucəm rical əl-hədis, cild 20, səhifə 324, ravi №13361 (onlayn link)

Beləliklə, rəvayətin sənədindəki bütün şəxslər etimadlı, tanınmış şəxslərdir və sənəd səhihdir.

19 Dekabr, 2014  10:01 Baxılıb: 1475 Çap

Bu bölmədə