İmamların (ə) tək-tək adlarının çəkilməsi İmam Muhəmməd əl-Təqi əl-Cavadın (ə) dilindən

Şeyx əl-Kuleyni “əl-Kafi” kitabında səhih sənədlə İmam Cavaddan (əleyhis-səlam) nəql edir ki, o Həzrət (əleyhis-səlam) İmamların (əleyhimus-səlam) bir-bir adlarını çəkir və İmam Mehdinin (əccəllahu-fərəcəh) İmam Həsən Əskərinin (əleyhis-səlam) oğlu olduğunu açıq-aşkar bildirir.

إنكار الدجال ونزول عيسى عليه السلام
يوجد لدينا رجل ينكر المسيح الدجال والمهدي ونزول عيسى عليه السلام ويأجوج ومأجوج ولا يعتقد في شيء منها، ويدعي عدم صحة ما ورد في ذلك من أحاديث، مع العلم بأنه لا يفقه شيئاً في علم الحديث ولا في غيره، وقد نوقش في هذه الأمور من قبل علماء ولكنه يزعم أن كل الأحاديث الواردة في هذه الأمور مكذوبة على النبي صلى الله عليه وسلم ودخيلة على الإسلام، وهو يصلي ويصوم ويأتي بالفرائض. فما حكمه؟ وفقكم الله.
مثل هذا الرجل يكون كافراً والعياذ بالله؛ لأنه أنكر شيئاً ثابتاً عن رسول الله عليه الصلاة والسلام، فإذا كان بين له أهل العلم ووضحوا له ومع هذا أصر على تكذيبها وإنكارها فيكون كافراً؛ لأن من كذَّب الرسول صلى الله عليه وسلم فهو كافر، ومن كذَّب الله فهو كافر، وقد صحت وتواترت هذه الأخبار عن رسول الله عليه الصلاة والسلام في نزول المسيح ابن مريم من السماء في آخر الزمان، ومن خروج يأجوج ومأجوج وخروج الدجال في آخر الزمان، ومن مجيء المهدي، كل هذا الأربعة ثابتة: المهدي في آخر الزمان يملأ الأرض قسطاً بعد أن ملئت جوراً، ونزول المسيح ابن مريم، وخروج الدجال في آخر الزمان، وخروج يأجوج ومأجوج، كل هذا ثابت بالأحاديث الصحيحة المتواترة عن رسول الله صلى الله عليه وسلم، فإنكارها كفر وضلال نسأل الله العافية والسلامة.
فالدجال والمسيح ابن مريم ويأجوج ومأجوج؛ هؤلاء الثلاثة ليس فيهم شك ولا ريب تواترت فيهم الأخبار عن الرسول صلى الله عليه وسلم، وأما المهدي فقد تواترت فيه الأخبار أيضاً، وحكى غير واحد أنها تواترت عن النبي صلى الله عليه وسلم، لكن لبعض الناس فيها إشكال وتوقف، فقد يتوقف في كفر من أنكر المهدي وحده فقط
.
أما من أنكر الدجال أو المسيح ابن مريم أو يأجوج ومأجوج فلا شكَّ في كفره ولا توقف وإنما التوقف في من أنكر المهدي فقط، فهذا قد يُقال بالتوقف في كفره وردته عن الإسلام؛ لأنه قد سبقه من أشكل عليه ذلك؛ والأظهر في هذا والأقرب في هذا كفره، وأما ما يتعلق بيأجوج ومأجوج والدجال والمسيح ابن مريم فقد كفر نسأل الله العافية.

Əshabımızdan bir qrupu Əhməd ibn Məhəmməd əl-Bərqidən, o da Əbu Haşim Davud ibn əl-Qasim əl-Cəfəridən, o da İmam Cavaddan (əleyhis-səlam) belə buyurduğunu nəql edirlər:

Həzrət Əmir əl-muminin (əleyhis-səlam) oğlu Həsənlə birlikdə gəlib Məscid əl-hərama daxil oldu və oturdu. İmam Həsən də (əleyhis-səlam) Salmanın qoluna söykənmişdi. Xoş simalı və xoş qiyafəli bir kişi yaxınlaşıb Əmir əl-mumininə (əleyhis-səlam) salam verdi. Həzrət də (əleyhis-səlam) cavabını verdi. O kişi də bundan sonra oturaraq Əmir əl-muminindən (əleyhis-səlam) soruşdu: “Ey Əmir əl-muminin, sənə üç sual verəcəyəm. Əgər o sualların cavabını versəniz, başa düşəcəyəm ki, Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sonra hakimiyyətə baş qoşan camaat sənin barəndə səhvə yol veriblər və bu işlə özlərini qınayıblar, dünya və axirətdə amanda deyillər. Amma əgər suallarıma cavab verməsən, biləcəyəm ki, sən də onlarla bərabərsən.” Əmir əl-muminin (əleyhis-səlam) buyurdu: “İstədiyini soruş!” Kişi dedi: “De görüm, insan yatanda onun ruhu hara gedir? Necə olur ki, insan bəzən xatırlayır, bəzən də unudur? Necə olur ki, insan övladı dayıları və əmiləri kimi olur? Yəni, onlardan genetik olaraq bəzi xüsusiyyətləri irs aparır?”

İmam Əli (əleyhis-səlam) üzünü İmam Həsənə tutub buyurdu: “Ey Əba Məhəmməd, bu sualların cavabını sən ver!” İmam Həsən (əleyhis-səlam) də suallara cavab verdi. Kişi dedi:

Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq bir ilah yoxdur və mən buna həmişə şəhadət verirəm və şəhadət verirəm ki, Məhəmməd (s) onun rəsuludur və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, sən (Həzrət Əliyə işarə edərək) Peyğəmbərin vəsisisən və onun vəzifəsini icra edənsən və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, sən (Həzrət Həsənə işarə edərək) Həzrət Əlinin vəsisisən və onun vəzifəsini icra edənsən və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Hüseyn ibn Əli qardaşı Həsənin vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Əli ibn Hüseyn atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Məhəmməd ibn Əli atasının vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Cəfər ibn Məhəmməd atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Musa ibn Cəfər atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Əli ibn Musa atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Məhəmməd ibn Əli atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Əli ibn Məhəmməd  atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Həsən ibn Əli atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.

Şəhadət verirəm ki, Həsənin (yəni, İmam Həsən əl-Əskərinin) övladlarından bir kişi zühur edəcək. Onu ad və künyə ilə çağırmaq olmaz. O, yeri zülmlə dolduğu kimi ədalətlə dolduracaq.

Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun, ey Əmir əl-muminin! Sonra isə qalxıb getdi.

Əmir əl-muminin (əleyhis-səlam) buyurdu: “Ey Əba Məhəmməd, arxasınca get gör hara gedir?”

İmam Həsən (əleyhis-səlam) bayıra çıxdı və buyurdu: “Ayağını bayıra qoyan kimi hansı tərəfə getdiyini anlamadım. Sonra Əmir əl-mumininin (əleyhis-səlam) yanına qayıdıb bunu ona xəbər verdim.” Həzrət (ə) buyurdu: “Ey Əba Məhəmməd, onu tanıdın?” Dedim: “Allah, Peyğəmbər (s) və Əmir əl-muminin daha yaxşı bilirlər.” Dedi: “O, Xızır (əleyhis-səlam) idi.”

Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 525, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.

Onlayn mənbə 1: al-shia.org
Onlayn mənbə 2: al-seraj.net

 

 

 

 

 

 

 

Fotoşəkil: Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 337-338, Mənşurət əl-Fəcr, Beyrut, 1-ci çap, 2007

ALİMLƏRİN HƏDİS BARƏDƏ SÖZLƏRİ:

1) Əllamə Məhəmməd Təqi əl-Məclisinin etiqadına əsasən bu rəvayət səhihdir və 9 sənədi var:

وفي الصحيح بتسع طرق

Bu səhih rəvayətin 9 sənədir vardır.

 

 

 

 

 

 

 

Fotoşəkil: Məhəmməd Təqi əl-Məclisi, Rəvzə əl-muttəqin fi şərh Mən la yəhzuruh əl-fəqih (qədim çap), c. 8, s. 601, Nəşr edən: Muəssiseye fərhəngiye İslamiye Muhəmməd Huseyn Kuşanbur, Qum, 1406 h. q.; Hüseyn Musəvi Kermani və Əli Pənah İştihardinin təhqiqi ilə

2) Əllamə Məhəmməd Baqir əl-Məclisi bu hədis barədə yazır:

باب ما جاء في الاثني عشر و النص عليهم من الله عليهم السلام

الحديث الأول‏: صحيح.

12 imam (ə) barəsində açıqlamalar və onlara aid nəsslər babı.

Birinci hədis: Səhihdir.

 

 

 

 

 

 

 

Fotoşəkil: Məhəmməd Baqir əl-Məclisi, Mirat əl-Uqul fi şərh əxbar Ali ər-Rəsul, c.6, s.203; Dar əl-Kutub əl-İslamiyyə, 1412/1991

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI

Bu sənəddə “bir qrup alim”dən məqsəd Əli ibn İbrahim, Əli ibn Məhəmməd ibn Abdullah ibn Uzeynə, Əhməd ibn Abdullah ibn Uməyyə və Əli ibn Həsən adlı kəslərdir. Bu şəxslərin etibarlı olmasında heç bir şəkk-şübhə yoxdur. (Cəmaluddin Əbu Mənsur Həsən ibn Yusif ibn Mutəhhər Əsədi Hilli, Xulasətul əqval fi mərifə ər-rical, s. 430; Nəşr edən: Muəssisə nəşr əl-fəqahə, 1-ci çap, 1417 h.q; Şeyx Cəvad Qəyyuminin təhqiqi ilə)

1. Əhməd ibn Məhəmməd Bərqi

Aşağıdakı böyük hədis ustadları onu güvənilən ravi hesab etmişlər:

1. Ən-Nəcaşi, Rical, səhifə 72, ravi №182

2. Əl-Tusi, Fihrist, səhifə. 62, ravi №65

3. Əl-Hilli, Əl-Xulasə, səhifə 63, ravi №7

4. Əl-Xoi, Mucəm ər-Rical əl-Hədis, cild 3, səhifə 49, ravi №861

2. Davud ibn Qasim Əbu Haşim əl-Cəfəri

Nəcaşi onun barəsində deyir:

كان عظيم المنزلة عند الأئمة عليهم السلام، شريف القدر، ثقة.

Onun İmamların (ə) yanında çox yüksək məqamı vardır. O, çox dəyərli və siqə şəxslərdəndir.

Rical ən-Nəcaşi, səhifə 156, ravi №411 (onlayn link)

Şeyx ət-Tusi isə onun barəsində deyir:

جليل القدر عظيم المنزلة عند الأئمة عليهم السلام.

O, çox dəyərli və İmamların (ə) nəzərində uca məqama malik olmuşdur.

Şeyx ət-Tusi, Əl-Fehrest, səhifə 124, ravi №276 (onlayn link)

Davud ibn Qasimin siqə (güvənilən) ravi olduğunu təsdiq edən digər alimlər:

1. Əl-Tusi, Rical, səhifə 375, ravi №553

2. Əl-Hilli, Əl-Xulasə, səhifə 68, ravi №3

3. Əl-Xoi, Mucəm ər-Rical əl-Hədis, cild 8, səhifə 122-123, ravi №4428

Beləliklə, həm alimlərin hədis barədə dedikləri təsdiq kəlmələri, həm də bizim qısa rical araşdırmamız hədisin səhihliyini isbat edir.

18 Dekabr, 2014  10:53 Baxılıb: 1925 Çap

Bu bölmədə