İslamda Ğədir-Xum bayramı (1)

فرات قال : حدثني جعفر بن محمد الازدي قال : حدثنا محمد ـ يعني ابن الحسين الصائغ ـ قال : حدثنا الحسن بن علي الصيرفي عن محمد البزاز عن فرات بن أحنف :  عن أبي عبد الله عليه السلام قال : قلت [ له . أ ] : جعلت فداك للمسلمين عيد أفضل من الفطر والاضحى ويوم الجمعة ويوم عرفة ؟ قال : فقال لي : نعم أفضلها وأعظمها وأشرفها عند الله منزلة ، وهو اليوم الذي أكمل الله فيه الدين وأنزل على نبيه ( اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الاسلام دينا ) قال : قلت : وأي يوم هو ؟ قال : فقال لي : إن أنبياء بني إسرائيل كانوا إذا أراد أحدهم أن يعقد الوصية والامامة للوصي من بعده ففعل ذلك جعلوا ذلك اليوم عيدا ، وإنه اليوم الذي نصب فيه رسول الله صلى عليه وآله وسلم عليا للناس علما وأنزل فيه ما أنزل ، وكمل [ ب : أكمل ] فيه الدين وتمت فيه النعمة على المؤمنين . قال : قلت : وأي يوم هو في السنة ؟ قال : فقال لي : إن الايام تتقدم وتتأخر فربما كان يوم السبت والاحد والاثنين إلى آخر الايام [ السبعة . أ ، ر ] . قال : قلت : فما ينبغي لنا أن نعمل في ذلك اليوم ؟ قال : هو يوم عبادة وصلاة وشكر لله [ تعالى . أ ، ب ] وحمد له وسرور لما من الله به عليكم من ولايتنا وإني أحب لكم أن تصوموه.

 

Furat dedi: Mənə Cəfər ibn Məhəmməd əl-Əzdi rəvayət etdi və dedi: bizə Məhəmməd, yəni İbn əl-Hüseyn əl-Sayiğ rəvayət etdi və dedi: bizə əl-Hüseyn ibn Əli əl-Seyrəfi bizə Məhəmməd əl-Bəzzazdan, o da Furat ibn Əhnəfdan nəql edir ki, Əbi Əbdillah (İmam Sadiq) – əleyhissəlam – a dedim: “Sənə fəda olum, müsəlmanlar üçün “Fitr”, “Qurban”, “Cümə günü” və “Ərəfə günü” bayramlarından daha üstün bir bayram varmı?”

Həzrət (ə) buyurdu: “Bəli. Allah-Təalanın dərgahında bu bayramlardan daha əziz və üstün bir bayram vardır. O gündə Allah-Təala öz dinini kamilləşdirmiş və Öz peyğəmbərinə (s) bu ayəni nazil etmişdir: “Bu gün sizin dininizi kamilləşdirdim və Öz nemətimi sizin üçün tamamladım və İslam dinini sizin (əbədi) dininiz olaraq qəbul etdim.” (Maidə, 3)

(Furat ibn Əhnəf deyir ki,) soruşdum: “O hansı gündür?”

İmam Sadiq (ə) dedi: “Həqiqətən, Bəni-İsrail peyğəmbərləri özlərindən sonra imam və canişin təyin etdikləri günü bayram günü qərar verirdilər. (Dediyim) o gün isə Peyğəmbərin (s) həzrət Əlini (ə) İslam ümmətinə rəhbər təyin etdiyi gündür. (Allah-Təala o gündə “İkmal” ayəsi)-ni nazil etmiş, İslam dini kamilləşmiş və ilahi nemət möminlər üçün tamamlanmışdır.”

Soruşdum: “O gün ilin hansı günündəndir?”

Həzrət (ə) buyurdu: “Şübhəsiz ki, günlər gah qabağa, gah da təxirə düşür. Mümkündür ki, (bu bayram günü) şəbəyə, bazar gününə, bazar ertəsinə, şərşənbə axşamına və bu minvalla həftənin o biri günlərinə düşsün.”

Soruşdum: Bu gündə biz hansı əməlləri yerinə yetirsək yaxşı olar?”

İmam (ə) buyurdu: Bu gün ibadət, namaz, Allaha şükür, həmd və şadlıq etmək günüdür. (Bu şad gündə) Allah-Təala bizim rəhbərliyimizi sizin üzərinizdə təyin etmişdir. Mən çox istərdim ki, siz bu gündə oruc tutasınız.”

Əbi əl-Qasim ibn Furat əl-Kufi, Təfsir Furat əl-Kufi, c.1, s.117-118, h.123 (onlayn mənbə 1, 2)

 

 

 

 

 

 

 

Fotoşəkil: Əbi əl-Qasim ibn Furat əl-Kufi (h.q. 3-cü əsr), Təfsir Furat əl-Kufi, c.1, s.117-118, h.123; Müəssisə ət-Tarix əl-Ərəbi, Beyrut, 1432/2011

Kitabı yükləmək üçün: ÜNVAN

12 Oktyabr, 2014  22:13 Baxılıb: 1697 Çap