Allah yer üzündəkilərini Əlidən başqa hamısını məhv etmək istədi?

 

Sələfilərin sevimli "alim"i Osman əl-Xəmis özünün "Siyahat fi Kitab əl-Kafi" kitabında səhifə 9-da aşağıdakı hədisi Əhli-beyt (ə.s) davamçılarına qarşı istifadə etmişdir:

فنسبة البداء إلى الله سبحانه وتعالى، فعن أبي جعفر وأبي عبدالله عليهما السلام أنهما قالا: إنّ الناس لما كذبوا برسول الله صلى الله عليه وآله وسلم همَّ الله تبارك وتعالى بهلاك الأرض إلا علياً فما سواه لقوله فتول عنهم فما أنت بملوم ثم بدا له – أي لله – فرحم المؤمنين ثم قال لنبيه: فذكر فإن الذكرى تنفع المؤمنين

روضة الكافي ص 78

Əbu Cəfər və Əbu Abdullahdan: “İnsanlar Allahın elçisini yalan saydıqda, Allah yer üzündəkilərini Əlidən başqa məhv etmək istədi. Onun sözünə əsasən “Onlardan üz çevir, sən danlanmazsan”. Sonra Onun (Allahın) ağlına başqa bir fikir gəldi və möminlərə rəhm etdi. (Sonra isə) peyğəmbərə buyurdu: “Yada sal, həqiqətən, yada salmaq möminlərə fayda verər.”

“Rauzal Kəfi”, səhifə 78.

 

 

 

 

 

 

 

Əvvəla, bu hədisin ünvanı yanlış göstərilmişdir. Dəqiq ünvan belədir: Rəuzə əl-Kafi, c.8, s.103, h.78. Görünür, məqsəd alimanə araşdırma aparmaq yox, tez-bazar şiələrə qarşı propoqandist yazı yazıb, insanları haqq yoldan sapdırmaqdır. Əks halda bu cür səhvlər olmazdı.

İkincisi, Əllamə Məclisi özünün "Mirat əl-Uqul" kitabında c.25, s.252-də bu hədisin "zəif" olduğunu qeyd edib. Hədisin zəifliyinə səbəb Muəlla b. Muhəmməd adlı ravidir ki, onu İbn əl-Ğədairi, ən-Nəcaşi, əl-Hilli və digərləri zəif hesab etmişdirlər.

Nəticə budur ki, Osman əl-Xəmisin haqq əhlinə qarşı hücumları digərləri kimi boş bir işdir.

 

3 İyul, 2012  00:09 Baxılıb: 2083 Çap

Bu bölmədə