Rəsulullah (s.ə.a.s) dedi: “Ey Fatimə! Qardaşım və qardaşım oğluna görə məni qəzəbləndirirsən?

 
İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

İmam Cəfər buyurur: “Bir dəfə Fatimə (r.a) Peyğəmbər (s.a.s)-ə Əlidən şikayət edərək dedi: “Ey Allahın Rəsulu! Evdə nəyimiz varsa hamısını yazıqlara paylayır.” Peyəmbər (s.a.s) dedi: “Ey Fatimə! Qardaşım və qardaşım oğluna görə məni qəzəbləndirirsən? Onu qəzəbləndirmək məni, məni qəzəbləndirmək isə Uca Allahı qəzəbləndirmək deməkdir.” (“Biharul Ənvar”c.43,səh 153; “Kəşful Ğumməc.1,səh 473)

CAVAB:

Qeyd olunan mənbələrdə rəvayətin əsli aşağıdakı kimidir:

و عن أبي جعفر ع قال : شكت فاطمة (عليها السلام) إلى رسول الله (صلى الله عليه وآله وسلم) عليا فقالت يا رسول الله ما يدع شيئا من رزقه إلا وزعه بين المساكين فقال لها يا فاطمة أ تسخطيني في أخي و ابن عمي إن سخطه سخطي و إن سخطي لسخط الله فقالت أعوذ بالله من سخط الله و سخط رسوله

əl-İrbili, Kəşful-ğummə, c.2, s.473

Onlayn mənbə: 1, 2


مصباح الانوار : عن جعفر بن محمد عليهما السلام قال : شكت فاطمة إلى رسول الله صلى الله عليه واله عليا ، فقالت : يا رسول الله لايدع شيئا من رزقه إلا وزعه على المساكين ، فقال لها : يا فاطمة أتسخطيني في أخي وابن عمي إن سخطه سخطي وإن سخطي سخط الله عزوجل .

Əllamə Məclisi, Biharul-ənvar, c.43, s.153

Onlayn mənbə: 1, 2, 3

NƏTİCƏ:

Göründüyü kimi, rəvayətlərin heç birinin sənədi yoxdur. Ona görə də onların bizə qarşı dəlil gətirilməsi yersizdir. 
1 İyun, 2012  00:00 Baxılıb: 2077 Çap

Bu bölmədə