Fatimə (ə.s) Əli (ə.s)-dan inciyərək atası evinə şikayətə gedir

 
İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

Əllamə əl Qummi Əbu Zərdən rəvayyət edir ki: “Mən Cəfər ibn Əbu Taliblə Həbəşistana hicrət etmişdim.Orada 4000 dinar qiyməti olan kəniz Cəfərə hədiyyə verilmişdi.Mədinəyə qayıtdıqdan sonra Cəfər (r.a) bu kənizi Əli (r.a)-a hədiyyə etdi ki,ona xidmət etsin.Əli (r.a) bu kənizi Fatimə (r.a)-ın evində saxlayırdı.Bir dəfə Fatimə (r.a) evə qayıdanda gördü ki,ərinin başı bu kənizin dizlərinin üstündədir.Fatimə (r.a) dedi: “Ey Əbul Həsən! Sən bunu etdin?

Əli (r.a) dedi: Muhəmmədin qızı,mən heçnə etməmişəm,nə istəyirsən?

Fatimə (r.a) dedi: Sən icazə verərsən mən atamın evinə gedim? Əli (r.a) buna razı oldu.Baş örtüyünü alıb,Fatimə (r.a) atasının yanına getdi.” (Şeyx Səduq, ”İləl əş Şərai” səh 163;Məclisi, ”Bihar” c.43,səh 147)

CAVAB:

Bu rəvayətin həcmi çox böyükdür və sənədi aşağıdakı kimidir:

أبى قال: حدثنا سعد بن عبد الله قال: حدثنا الحسن بن عرفة (بسر من رأى) قال: حدثنا وكيع قال: حدثنا محمد بن إسرائيل   قال: حدثنا أبو صالح عن أبي ذر رحمة الله عليه قال

Əli b. əl-Huseyn b. Babəveyh əl-Qummi - Sad b. Abdullah - əl-Həsən b. Ərəfə - Vəki - Muhəmməd b. İsrail - Əbu Salih - Əbu Zərr ..........

Şeyx Səduq, İləluş-şərai, c.1, s.163, h.2
Əllamə Məclisi, Biharul-ənvar, c.43, s.147, h.3

Onlayn mənbə A: 1a, 2a, 3a 
Onlayn mənbə B: 1b, 2b, 3b 


RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. əl-Həsən b. Ərəfə

Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur. 

2. Vəki

Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur.

3. Muhəmməd b. İsrail 

Şiə rical kitablarında onun İmam Cəfər əs-Sadiq (ə.s)-ın səhabəsi olduğu barədə məlumat var. Ancaq onun şəxsiyyəti barədə, siqa, yaxud zəif olması barədə məlumat yoxdur. Ona görə də "məchul əl-hal" hesab olunur. 

4. Əbu Salih

Əbu Salih bu rəvayəti Əbu Zərrdən nəql edir. Lakin nə əhli-sünnə, nə də şiə rical kitablarında Əbu Zərrin Əbu Salih künyəli tələbəsi yoxdur. Deməli, bu şəxs də məchuldur. 


NƏTİCƏ:

Rəvayətin sənədi 4 məchul ravi səbəbindən həddən artıq zəifdir. 
31 May, 2012  13:48 Baxılıb: 2128 Çap

Bu bölmədə