Ey Əbul-Həsən! Fatiməni qəzəbləndirmə!

 
İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

Həsən bin Əli babası Peyğəmbər (s.a.s)-in yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar",  43/səh.42)

CAVAB:

Müəllif rəvayətin əvvəlini və rəvayətdən sonra qeyd olunmuş alim rəyini gizlədərək mühüm bir faktı gizlətmişdir. 

Rəvayətin sənədi aşağıdakı kimidir:

 قب : ابن عبد ربه الاندلسي في العقد عن عبدالله بن الزبير في خبر عن معاوية بن أبي سفيان قال

İbn Əbd Rəbah əl-Əndəlusi "əl-İqd" kitabında Abdullah b. Zubeyrdən, o da Muaviyə b. Əbu Sufyandan xəbər verərək dedi: ..................

Əllamə Məclisi. Biharul-ənvar, c.43, s.42

Göründüyü kimi, Əllamə Məclisi bu rəvayəti bir əhli-sünnə mənbəsindən nəql edir. Daha sonra isə rəvayətin sonunda yazır:

قال ابن بابويه: هذا غير معتمد
İbn Babəveyh dedi: Bu, etimad olunası deyil. 

Onlayn mənbə: 123


Bu cür insanlar islam düşmənləri deyil, bəs nədir?
30 May, 2012  18:16 Baxılıb: 1931 Çap

Bu bölmədə