İmam Zeynəlabidin (ə.s) Yezidin ona qul olmaq təklifini qəbul edir?

İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

Kuleyni yazır: “Yezid ibn Müaviyyə İmam Zeynəlabiddinə onun qulu olmaq təklifi etdi. İmam onun qulu olmaq təklifini qəbul etdi və dedi: “Mən sənə istədiyin hər şeyi verəcəm. Mən tabe olunmuş qulam. Əgər istəsən məni özünə saxla, istəsən başqasına sat.” (“ər Ravda Kəfi” c.8,səh 235)

CAVAB:

Rəvayətin sənədi aşağıdakı kimidir:

إبن محبوب، عن أبي أيوب، عن بريد بن معاوية قال: سمعت أبا جعفر

İbn Məhbub - Əbi Əyyub - Bureyd b. Muaviyə - İmam Baqir (ə.s) .....

Şeyx Kuleyni, Usuli-kafi, c.8, s.235

Onlayn mənbə: 1, 2, 3


RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Rəvayətin sənədində Əbi Əyyub əl-Xəzzaz adlı ravi məchuldur, onun haqqında rical kitablarında məlumat yoxdur.

NƏTİCƏ:

Rəvayət zəifdir.
30 May, 2012  13:58 Baxılıb: 1568 Çap

Bu bölmədə