Süfyan ibn Əbu Leyla: “Sənə salam olsun ey Möminləri alçaldan"

 
İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

Süfyan ibn Əbu Leyla Həsən (r.a)-ın yanına gəlib dedi: “Sənə salam olsun ey Möminləri alçaldan.” İmam dedi: “Bunu haradan biləsən?”

Süfyan dedi: “Sən Ümməti idarə etmək işini ələ aldın.Sonra bunu üzərindən atıb,bunu bu tirana verdin.” (“Rical əl Kəşşi” səh 103)


CAVAB:

Əvvəla qeyd etmək lazımdır ki, bu hədisi Əllamə Məclisi "Biharul-ənvar"da (c.44, s.23-24) məhz əl-Kəşşidən rəvayət etmişdir. Ona görə də sələfilər əziyyət çəkib "Əllamə Məclisi də rəvayət edib" deməsinlər.

Rəvayətin sənədi aşağıdakı kimidir:

روى عن علي بن الحسن الطويل، عن علي بن النعمان، عن عبد الله بن مسكان، عن أبي حمزة، عن أبي جعفر (عليه السلام) قال

Əli b. əl-Həsən ət-Təvil - Əli b. ən-Numan - Abdullah b. Muskan - Əbi Həmzə - Əbi Cəfər (ə.s):

Rical əl-Kəşşi, c.2, s.111-112, №178

Onlayn mənbə: 1

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Əli b. əl-Həsən ət-Təvilin haqqında şiə rical kitablarında heç bir məlumat yoxdur. 

Əllamə Maməqani deyib: "Rical kitablarında onun barəsində məlumat yoxdur." (Tənqihul-məqal, 2/278

NƏTİCƏ:

1. Rəvayətin sənədi məchul ravi səbəbindən zəifdir. 
2. Hətta rəvayət səhih olsa belə, Süfyan ibn Əbu Leylanın sözü İmam Həsən (ə.s)-a qarşı höccətdirmi? Onun İmam (ə.s)-a bu cür söz deməsi nəyi dəyişdirir ki? Öz fikridir, özü Allah qarşısında cavab verər. 
28 May, 2012  17:06 Baxılıb: 1426 Çap

Bu bölmədə