Əbu Talib (ə.s)-ın Peyğəmbər (s.ə.a.s)-i körpə ikən əmizdirməsi

 
İslam düşmənləri bu hədisi bizə qarşı istifadə edirlər:

محمد بن يحيى، عن سعد بن عبدالله، عن إبراهيم بن محمد الثقفي، عن علي بن المعلى، عن أخيه محمد، عن درست بن أبي منصور، عن علي بن أبي حمزة (1) عن أبي بصير، عن أبي عبدالله عليه السلام قال: لما ولد النبي صلى الله عليه وآله مكث أياما ليس له لبن، فألقاه أبوطالب على ثدي نفسه، فأنزل الله فيه لبنا فرضع منه أياما حتى وقع أبوطالب على حليمة السعدية فدفعه إليها

Muhəmməd b. Yəhya, Sad b. Abdullahdan, o da İbrahim b. Muhəmməd əs-Səqəfidən, o da Əli b. əl-Muallidən, o da qardaşı Muhəmməddən, o da Durust b. Əbi Mənsurdan, o da Əli b. Əbi Həmzədən(1), o da Əbi Bəsirdən, o Əbi Əbdillah (ə.s)-dan (İmam Sadiq ə.s.) belə dediyini rəvayət etmişdir: "Peyğəmbər (s.ə.a.s) doğulduqdan sonra bir neçə gün südsüz qaldı. Ona görə Əbu Talb onu öz sinəsinə yaxınlaşdırdı. Allah onun döşündən süd axıtdı. Peyğəmbər (s.ə.a.s) ondan bir neçə gün əmdikdən sonra Əbu Talib Sadiyə qəbiləsindən olan Həlimə ilə qarşılaşdıqda əmzirməsi üçün uşağı ona verdi." 

Kitabı təhqiq edən Əli Əkbrə əl-Ğifari 1 nömrəli haşiyədə yazır:

على بن ابى حمزة سالم البطائنى كذاب متهم ملعون روى الكشى في ذمه اخبارا كثيره

(1) Əli b. Əbi Həmzə Salim əl-Bətaini kəzzabdır (yalançıdır), ittiham olunmuşdur, məl`undur. əl-Kəşşi onun tənqidi barədə çoxlu xəbərlər rəvayət etmişdir.

Şeyx Əbu Cəfər Muhəmməd b. Yaqub b. İshaq əl-Kuleyni ər-Razi, əl-Usul min əl-Kafi, c.1, s.448, №27; Darul-Kutubil-İslamiyyə, Tehran, 1388; təhqiq: Əli Əkbrə əl-Ğifari

Onlayn mənbə 1: alseraj.net
Onlayn mənbə 2: al-shia.org
Onlayn mənbə 3: shiaonlinelibrary
Onlayn mənbə 4: yasoob.com
Onlayn mənbə 5: mezan.net

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

A - Əli b. əl-Mualli

1. Şeyx Muhəmməd əl-Cövhəri onun "məchul" olduğunu deyib. (əl-Mufid min mucəm ricalul-hədis, s.414, № 8536 və )

Onlayn mənbə: 1

B - Muhəmməd əl-Mualli

Şeyx Muhəmməd əl-Cövhəri onun "məchul" olduğunu deyib. (əl-Mufid min mucəm ricalul-hədis, s.579, 11840)

Onlayn mənbə: 1 

C - Əli b. Əbi Həmzə

1. İbn əl-Ğədairi deyib: Əli b. Əbi Həmzə - Allaha ona lənət etsin, Vaqifi məzhəbinin qurucusudur, Əbu İbrahimdən sonra insanlar arasında Vəliyə qarşı ən çox düşməçilik edən şəxsdir. Əbul-Həsən Əli bin Həsən bin Fəddal deyir: Əli bin Əbi Həmzə yalançıdır. (Əllamə Hilli, Xulasətul-əqval, s.362-363)

Onlayn mənbə: 1

2. Ayətullah Xoi onun yalançıqlıda ittiham edildiyini deyib. (Kitabul-təharə, c.9, s.271)

Onlayn mənbə: 1

3. Şeyx Həsən Sahibul-Məalim yazır:

İbn Məsud deyir : "Əli bin Həsəndən eşitdim ki, deyirdi ki, İbn Əbi Həmzə yalaçıdır, məlundur. (Təhrirut-Tavusi, s.230)

Onlayn mənbə: 1

4. Seyyid Muhəmməd Baqir əs-Sədr onun doğruluğunun sabit olmadığını deyib. (Şərhul-Urvatil-Vusqa, c.4, s.33)

Onlayn mənbə: 1

5. Seyyid Mustafavi onun məşhur zəif ravilərdən olduğunu deyib. (Miətu qaidə fiqhiyyə, s.66)

Onlayn mənbə: 1

6. Məkraim Şirazi onun "zəif" olduğunu deyib. (əl-Qavaidul-fiqhiyyə, c.2, s.160)

Onlayn mənbə: 1

7. Şeyx Cəfər Subhani onun rical əhli tərəfindən zəif hesab edildiyini qeyd etmişdir. (Kuliiyat fi ilmur-rical, s.101)

Onlayn mənbə: 1


NƏTİCƏ: RƏVAYƏTİN SƏNƏDİ HƏDDƏN ARTIQ ZƏİFDİR.
18 May, 2012  13:40 Baxılıb: 2444 Çap