Osman əl-Xəmis və "Əli məndəndir, mən də Əlidənəm" hədisi

 
Sələfilərin sevimlisi Osman əl-Xəmis guya Şeyx Muhəmməd ət-Ticani əs-Səmaviyə rədd olaraq yazdığı "Kəşf əl-cani Muhəmməd ət-Ticani fi kutubihi əl-ərbəə" kitabında səhifə 112-də yazır:

قال التيجاني ص179
(حديث علي مني وأنا من علي ولا يؤدي عني إلا أنا وعلي).
قلت: هذا الحديث مداره على أبي إسحاق السبيعي وهو مدلس مشهور يكثر التدليس عن الضعفاء فإذا صرح بالتحديث فحديثه صحيح بل في أعلى مراتب الصحيح ولكن الكلام فيما إذا لم يصرح بالتحديث فإنه يتوقف في قبول حديثه.
قال أبو إسحاق الجوزجاني: كان قوم من أهل الكوفة لا تحمد مذاهبهم –يعني التشيع- هم رؤوس محدثي الكوفة مثل أبي إسحاق والأعمش ومنصور وزبيد وغيرهم من أقرانهم احتملهم الناس على صدق ألسنتهم في الحديث ووقفوا عندما أرسلوا لما خافوا أن لا يكون مخارجها صحيحة.
  فأما أبو إسحاق فروى عن قوم لا يعرفون ولم ينتشر عنهم عند أهل العلم إلا ما حكى أبو إسحاق عنهم
 (تهذيب التهذيب 8 : 66)

ət-Ticani səhifə 179-da yazır: 

Hədis: Əli məndəndir, mən də ondanam. Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilərik. 

Bu hədisin sənədində Əbu İshaq əs-Süeybi var. O məşhur müdəllisdir. Zəiflərdən eşitdiklərini tədlis edir (səhih kimi göstərməyə çalışır). Amma açıq (tədlis etmədən) rəvayət etdiyi hədislər çox səhih sayılır. Tədlis olan hədisləri isə (hədis elminə görə) qəbul olunmur. 
Əbu İshaq bu hədisi elm əhlinə tanış olmayan rəvayətçilərdən nəql edibdir. (Təzhib ət-təzhib, cild 8, səh. 66)













Fotoşəkil: Osman əl-Xəmis, Kəşf əl-cani Muhəmməd ət-Ticani fi kutubihi əl-ərbəə, s.112


Bizim cavabımız:

Gəlin əvvəlcə Şeyx ət-Ticani əs-Səmavinin sözlərini tam şəkildə nəzərdən keçirək. Şeyx ət-Ticani yazır:

ث - حديث: علي مني وأنا من علي، ولا يؤدي عني إلا أنا أو علي
وهذا الحديث الشريف هو الآخر صريح في أن الامام عليا هو الشخص الوحيد الذي أهله صاحب الرسالة ليؤدي عنه وقد قاله عندما بعثه بسورة براءة يوم الحج الاكبر عوضا عن أبي بكر

4. Hədis: "Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilər."

Bu hədisi-şərif də peyğəmbər (s.ə.a.s) adından dini bәyan etmәk haqqına yalnız Hәzrәti Әlinin sahib olduğunu apaçıq bir şəkildə ifadə edir. Bu sözü Hәzrәti peyğəmbәr (s.ə.a.s) Hәzrәti Әlini “Bəraət” surәsini Әbu Bәkrin yerinә hәccdә xalqa oxumaq üçün göndərdiyində buyurmuşdur.


Yəqin ki, Osman əl-Xəmisin hədisə hücum etməyinin səbəbi hər kəsə aydın oldu. 

Əziz oxucular, indi isə bu hədisin etibarlı olduğunu deyən əhli-sünnənin məşhur hədis ustadlarına baxaq:

1. Şeyx Nasiruddin əl-Albani
2. Şeyx Əhməd Şakir
3. Şeyx Basim b. Feysal əl-Cəvabira
4. Şeyx Əbu İshaq əl-Huveyni
5. Şeyx Vəsiyullah b. Muhəmməd Abbas

Mənbələrlə tanış olmaq üçün: BURAYA TIQLAYIN

Osman əl-Xəmis hədisin zəifliyinə dəlil kimi Əbu İshaqın müdəllis olduğunu və bu hədisdə də tədlis etdiyini qeyd edir. Guya Əbu İshaq rəvayət etdiyi şəxsi gizlətmişdir və birbaşa Hubşi b. Cunadədən rəvayət etməmişdir.

Ancaq, səhih sənədlə rəvayət edilmiş bir məsələni unudur:

 حدثنا أبو بكر نا شريك عن أبي إسحاق عن حبشي بن جنادة قال شريك قلت يا أبا إسحاق أين رأيته قال وقف علينا في مجلسنا فقال سمعت رسول الله صلى الله عليه و سلم يقول : علي مني وأنا منه ولا يؤدي عني إلا علي رضي الله عنه

Bizə Əbu Bəkr rəvayət etdi, bizə Şərik, Əbi İshaqdan, o da Hubşi b. Cunadədən rəvayət etdi: Şərik dedi: Ona dedim: Ya Əbu İshaq, onu (Hubşi b. Cunadəni) harda gördün? Dedi: Bizim məclisimizdə iştirak edirdi və dedi: Eşitdim ki, Rəsulullah (s) deyib: "Əli məndəndir və mən də ondanam. Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilər." 

İbn Əbi Asim, əl-Əhəd vəl-musənna, c.3, s.183, №1514; Dar ər-Rayə - ər-Riyad, 1411/1991

Onlayn mənbə: islamport













Fotoşəkil: İbn Əbi Asim, əl-Əhəd vəl-musənna, c.3, s.183, №1514; Dar ər-Rayə - ər-Riyad, 1411/1991

Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2

Yuxarıda qeyd etdiyimiz hədis ustadlarının bu hədisi etibarlı hesab etməsindən Osman əl-Xəmisin xəbəri yox idimi? Hədis Əbu Bəkrdən, yaxud Ömərdən olsa idi, mütləq hansısa alimin rəyin tapıb yazacaqdı. Necə ki, digər məqalələrdə bunun şahidi olmusunuz. 

Şərh sizindir...
Yerləşdirilib: 18 Mart, 2012  23:56 Baxılıb: 1556 Çap