Osman Xəmisin Əbu Bəkr və Ömər haqqında zəif hədisi dəlil gətirməsi

 
Bismillahir-Rəhmanir-Rəhim.

Digər məqalələrdə dəfələrlə şahid olmusunuz ki, Osman əl-Xəmis Əhli-beyt (ə.s) barədə səhih hədislərə necə hücum çəkir, onların zəif olduğunu iddia edir. Bu dəfə isə təqdim edəcəyəmiz yazıda onun Əbu Bəkr barədə zəif hədisi necə istifadə etməyinə şahid olacaqsınız. 

Osman əl-Xəmis "Mənzilət hədisi" başlığı altında yazır:

أما تشبيه النبي (ص) لعلي بهارون فنقول إن النبي (ص) شبّه أبا بكر وعمر بأعظم من هارون ففي غزوة بدر لما كانت قضية الأسرى واستشار النبي (ص) أبا بكر ، فرأى أن يعفو عنهم وأن يفادوهم قومهم ، ورأى عمر أن يقتلهم فقال النبي (ص) لأبي بكر : إن مثلك كمثل إبراهيم يوم قال : فَمَنْ تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَحِيمٌ ، ومثلك كمثل عيسى إذ قال : إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ  ، ثم التفت إلى عمر فقال : يا عمر، إن مثلك مثل نوح لما قال : وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا ، ومثلك كمثل موسى لما قال : وَقَالَ مُوسَى رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ رَبَّنَا اطْمِسْ عَلَى أَمْوَالِهِمْ  وَاشْدُدْ عَلَى قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ
فَشَبَّهَ أَبَا بَكْرٍ بِإِبْرَاهِيمَ وَعِيسَى، وَشَبَّه عُمَرَ بِنُوحٍ وَمُوسَى، وَأُولَئِكَ مِن أُولِي الْعَزْمِ وَهُم خَيْرُ الْبَشَرِ بَعْدَ رَسُولِ اللهِ (ص)، وَهُم أَفْضَلُ مِنْ هَارُونَ بِدَرَجَاتٍ صَلَوَاتُ اللهِ وَسَلَامُه عَلَيْهِمْ أَجْمَعِينَ، فَلَيْسَ تَشْبِيهُ النَّبِيِّ (ص) لِعَلِيٍّ بِهَارُونَ بِأَفْضَلَ أَوْ بِأَعْظَمَ مِنْ تَشْبِيهِ النَّبِيِّ (ص) لِأَبِي بَكْرٍ وُعُمَرَ بِإِبْرَاهِيمَ وَعِيسَى وَمُوسَى وَنُوحٍ

Peyğəmbər (s)-in Əlini Haruna bənzətməsi məsələsinə gəldikdə isə Peyğəmbər (s) Əbu Bəkr və Öməri Harundan daha böyük şəxsiyyətlərə bənzətmişdir. Bədr döyüşündə əsirlər məsələsi gündəmə gəldikdə, Peyğəmbər (s) Əbu Bəkrlə məsləhətləşdi. Əbu Bəkr əsirlərin qəbilələrindən alınacaq fidyə qarşılığında bağışlanmaları fikrində olduğunu bəyan etdi. Ömər isə öldürülmələri fikrində olduğunu bildirdi. Bu zaman Peyğəmbər (s) Əbu Bəkrə dedi: Sənin misalın - "Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki,) Sən Bağışlayansan, Rəhmlisən." (İbrahim surəsi, 36) - deyən İbrahim kimidir. Sənin misalın - "Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!" (Maidə surəsi, 118) - deyən İsa kimidir. Sonra Ömərə  tərəf çevrilərək dedi: Ya Ömər, sənin misalın isə "Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!" (Nuh surəsi, 26) - deyən Nuh kimidir. Sənin misalın - "Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər." (Yunus surəsi, 88) - deyən Musa kimidir. 
Rəsulullah (s) Əbu Bəkri İbrahim və İsaya, Öməri də Nuh və Musaya bənzətmişdir. Bu peyğəmbərlər ulul-əzm peyğəmbərlərdəndir. Onlar Hz.Peyğəmbər (s)-dən sonra insanlığın ən fəzilətli şəxsləridir. Harundan da qat-qat fəzilətlidirlər. Allahın səlat və salamı üzərlərinə olsun. Peyğəmbərin (s) Əlini Haruna bənzətməsi, Əbu Bəkr və Öməri İbrahimə, isaya, Musaya və Nuha bənzətməsindən daha üstün və daha əzəmətli deyildir.

Kitabın 1999-cu il çapında hədisə heç bir haşiyə yazılmamışdır. 













Osman əl-Xəmis, Hiqbə min ət-Tarix, s.208, Dar əl-Ayman - 1999-cu il.

Ancaq 2006-cı il nəşrində hədisin haşiyəsində yazılıb:

اخرجه أحمد (١/٣٨٣) ورجاله ثقات إلا أن أبا عبيدة بن عبدالله بن مسعود لم يسمع من أبيه

Əhməd b. Hənbəl rəvayət etmişdir (əl-Müsnəd, 1/383), ricalları siqadır, lakin Əbu Ubeydə b. Abdullah b. Məsud heç vaxt atasından hədis eşitməyib. 













Osman əl-Xəmis, Hiqbə min ət-Tarix, s.367-368, Məktəbə əl-İmam əl-Buxari - 2006-cı il.

Həqiqətən də, Əbu Ubeydə b. Abdullah atası Abdullah b. Məsuddan heç bir şey eşitməmişdir. Bunu sadəcə məşhur rical kitablarında onun tərcümeyi-halına baxmaqla görmək olardı. Əmr b. Murrə, ət-Tirmizi, ibn Əbu Hatim, İbn Hibban və digərləri Əbu Ubeydənin atası Abdullah b. Məsuddan hədis eşitmədiyini qeyd etmişdirlər.  

Qeyd edildiyi kimi, bu rəvayəti Əhməd b. Hənbəl rəvayət etmişdir. (Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/383, №3632 - onlayn)

Şeyx Əhməd Şakir hədisin zəif olduğunu qeyd edir:













Fotoşəkil: Əhməd b. Hənbəl, əl-Müsnəd, c.3, s.521, №3632; Dar əl-Hədis - Qahirə; təhqiq: Əhməd Muhəmməd Şakir

Şeyx Şueyb əl-Arnaut da hədisin ravilər arasında qopuqluq səbəbindən zəif olduğunu bildirir:













Fotoşəkil: Əhməd b. Hənbəl, əl-Müsnəd, c.6, s.140, №3632; Muəssisə ər-Risalə - Beyrut; təhqiq: Şueyb əl-Arnaut

Bəli, əziz oxuyucu, hal-hazırda növbəti Əhli-beyt (ə.s) düşmənçiliyinin şahidi olursunuz. Əbu Bəkr və Ömərin daha üstün olmağını göstərmək naminə özünü gülünc vəziyyətə salmağın mənası nədir ki? Hədisi qeyd etmək bir yana, hədisdə Əbu Bəkr və Ömər haqqında qeyd edilən fəzilətlərdən ağız dolusu danışır və hətta burada da onların Hz.Əlidən (ə.s) üstünlüyünü axtarır. 

Əhli-beytin (ə.s) fəziləti barədə səhih hədislərdə eyib axtaran və öz ağlına görə insanlara çatdıran bu şəxs necə olur ki, sevimli şeyxləri barədə hətta zəif hədislərə belə istinad edir? Bu açıq-aşkar Əhli-beyt (ə.s) düşmənçilyi deyilsə, o zaman bəs nədir?
Yerləşdirilib: 15 Mart, 2012  15:55 Baxılıb: 2007 Çap