Osman Xəmis və "Səqəleyn" hədisi

Osman əl-Xəmisin çıxışlarının birində Səqəleyn hədisinin doğruluğu barədə ona ünvanlanan suala nasibicəsinə cavab vermişdir.




Osman əl-Xəmis deyir ki, həm "Quran və sünnəm", həm də "Quran və Əhli-beytim" hədisləri zəifdir. Biz inşaAllah hər iki hədis barədə xüsusi araşdırma təqdim edəcəyik. Ancaq indi sizin diqqətinizə "Quran və Əhli-beytim" hədisini səhih hesab edən alimlərin bəzilərinin adlarını və əsərlərini çatdırmaq istəyirik.

1. əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.160, h.4711
2. əz-Zəhəbi, "ət-Təlxis" ("əl-Müstədrək" kitabı ilə birgə nəşri)
3. İbn Kəsir əd-Diməşqi, Təfsir əl-Quran əl-Əzim, c.7, s.201 (nəşr: Dar Teybə)
4. Şeyx Nasiruddin əl-Albani, Silsilətu əhədis əs-səhihə, c.4, s.355, h.1761
5. ət-Təhavi, Şərh Müşkil əl-Əsar, c.5, s.18
6. Həsən Səqqaf, Səhih şərh əqidə ət-Təhavi, s.654

Görəsən bu böyük hədis ustadları Osman əl-Xəmis qədər bilmirdilərmi? Yoxsa, Osman əl-Xəmis hədis elmində yeni qaydalar kəşf edib bizlərin xəbəri yoxdur? Əgər yeni kəşf varsa, biz də məmnuniyyətlə faydalanmaq istərdik. 

Osman əl-Xəmis aşiqləri bizə yaza bilər...

Yerləşdirilib: 12 Mart, 2012  22:57 Baxılıb: 1257 Çap