Sələfi alimi İbn Cibrinin «Kisa» hədisinə münasibəti

Bismillahir-Rəhmanir-Rəhim.

İslam dini ilə bir az yaxından tanış olan müsəlmanlar «Ali-əba» və ya «Kisa» hədisi adı ilə məşhur olan rəvayətdən xəbərdardırlar. Araşdırmalarımıza görə bu hədis həm əhli-sünnə alimləri, həm də şiə alimləri tərəfindən icma ilə səhih hesab edilmiş rəvayətlərdəndir. Bu günə qədər bu hədisə zəif hökmü verən əhli-sünnə alimi ilə rastlaşmamışıq. Ancaq çox təəssüf ki, özünü əhli-sünnəyə nisbət verən sələfi alimləri arasından məşhur bir alim olan Şeyx Abdullah ibn Əbdür-Rəhman ibn Cibrin ilk addımı atmış və İbn Teymiyyə məktəbinə layiq olduğunu göstərmişdir. İbn Cibrin şiələrə xüsusi nifrəti ilə tanınan və açıqca müşrik olduqlarını dilə gətirən şəxslərdəndir.

وردت هذه الآية بعد خطاب أمهات المؤمنين :» إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ« أهل البيت يعني يا أهل البيوتات » وَيُطَهِّرَكُمْ تَطْهِيرًا «الصحيح أنها في أهل البيت الذين من جملتهم زوجات النبي صلى الله عليه وسلم وبناته وأولاد بناته ونحوهم فكلهم داخلون في هذه الآية.
أما ما ذكره الرافضة ونحوهم من أنها خاصة بعلي وذريته وزوجته فليس على ذلك دليل، ورووا أنه عليه السلام لما نزلت هذه الآية دعا فاطمة وابنيها وعليا وألقى عليهم كساء وقال: اللهم هؤلاء أهل بيتي، فأذهب عنهم الرجس وطهرهم تطهيرا ولا يصح هذا النقل، والصحيح أن زوجاته من أهل بيته.


Bu ayə «möminlərin analarına» xitab etdikdən sonra varid olub:  «Ey Əhli-beyt! (yəni, ey evlərin əhli), Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tər-təmiz (pak) etmək istər!» Doğrusu budur ki, bu ayə Peyğəmbərin (s) zövcələrinin, qızlarının, qızları övladlarının  və bu kimi şəxslərin də daxil olduğu Əhli-beyt haqqında nazil olub və bu dəstələrin hamısı bu ayəyə daxildirlər.
Rafizi və onlara bənzər insanların «Təthir» ayəsinin Əliyə və onun zürriyyəsi ilə zövcəsinə məxsus olması barədə heç bir dəlil yoxdur. Rafizilər hədis nəql edirlər ki, Peyğəmbər (ə.s) bu ayə nazil olduqda Fatiməni, onun iki övladını (Həsən və Hüseyni) və Əlini çağırdı, əbasını onların üstünə atdı və dedi: «Ya Rəbb, bunlardır mənim Əhli-beytim, onlardan ricsi uzaq et və onları pak qərar ver.» Bu rəvayət səhih deyil, səhih olanı xanımların Əhli-beytdən olmasıdır.»

1 nömrəli haşiyədə yazılıb:

أخرجه الترمذي برقم ٣٨٧١ في المناقب وقال الترمذي : هذا حديث حسن . قلت : فيه شهر بن حوشب سيئ الحفظ .


ət-Tirmizi «əl-Mənaqib» fəslində 3871-ci hədisdə təxric etmiş və demişdir: «Bu hədis həsəndir.» Mən (haşiyə qoyan) deyirəm: «Şəhr bin Həvaşibin hafizəsi zəifdir.»
Abdullah ibn Əbdür-Rəhman ibn Cibrin, ət-Təliqat əz-zəkiyyə əla əqidə əl-vasitiyyə, c.2, s.223-224; Dar əl-Vətən lil-Nəşr, ər-Riyad, 1419/1998;  təhqiq: Əbu Ənəs Əli b. Hüseyn Əbu Ləvz (onlayn link)












Fotoşəkil: Abdullah ibn Əbdür-Rəhman ibn Cibrin, ət-Təliqat əz-zəkiyyə əla əqidə əl-vasitiyyə, c.2, s.223-224; Dar əl-Vətən lil-Nəşr, ər-Riyad, 1419/1998;  təhqiq: Əbu Ənəs Əli b. Hüseyn Əbu Ləvz
Kitabı yükləmək üçün: ÜNVAN

Buradan iki şübhə yaranır:
1. Kitabın müəllifi və haşiyə sahibinin həqiqəti bilərək gizlətməsi
2. Kitabın müəllifi və haşiyə sahibinin «Səhih Müslim»in «Əhli-beytin fəzilətləri» babının ilk hədisini oxumamaları

Çünki bu hədis əhli-sünnəin ən səhih qaynaqlarından biri hesab edilən «Səhih Müslim» kitabında mövcuddur.

حدثنا أبو بكر بن أبي شيبة ومحمد بن عبد الله بن نمير واللفظ لأبي بكر قالا : حدثنا محمد بن بشر ، عن زكريا ، عن مصعب بن شيبة ، عن صفية ابنة شيبة قالت : قالت عائشة : خرج النبي غداة وعليه مرط مرحل من شعر أسود فجاء الحسن بن علي فأدخله ، ثم جاء الحسين فدخل معه ثم جاءت فاطمة فأدخلها ، ثم جاء علي فأدخله ، ثم قال : " إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا "


Aişə dedi: Bir gün səhər tezdən Peyğəmbər (s) kürəyində qara yundan məmul naxışlı əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər onu əbasının altına aldı. Sonra Hüseyn gəldi, Peyğəmbər (s) onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər (s) onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər (s) onu da əbasının altına aldı. Sonra Peyğəmbər (s) «Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!» ayəsini oxudu.
Səhih Müslim, c.4, s.1883, h.2424; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi
Onlayn link 1: islamport.com
Onlayn link 2: hadith.al-islam.com












Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.1136, №2424(27); Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi
Kitabı yükləmək üçün: ÜNVAN
Yerləşdirilib: 26 Yanvar, 2013  02:25 Baxılıb: 1827 Çap